Keçid linkləri

Təcili xəbərlər
2019, 21 İyul, bazar, Bakı vaxtı 00:01

Rusiyada təyyarə fövqəladə eniş edib, iki nəfər ölüb


Hadisə yeri

İyunun 27-də Rusiyanın Sibir regionunun cənubundakı Buryatiya respublikasında sərnişin təyyarəsi regional aeroporta fövqəladə eniş edib, rəsmilər iki nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirir.

İki turbovintli mühərrikli Antonov An-24 təyyarəsində dördü heyət üzvü olmaqla 46 nəfər olub. Təyyarə region paytaxtı Ulan-Udedən Nijneanqarsk şəhərinə uçurmuş.

Fövqəladə Hallar Nazirliyi təyyarənin enəndən sonra zolaqdan çıxdığını, kiçik binaya dəydiyini və alışdığını bildirir.

Heyət nəzarət sisteminin çalışmadığını, təyyarə eniş edərkən bircə mühərrikin işlədiyini deyib, bunu regionun fövqəladə xidmətindən bir mənbə TASS agentliyinə söyləyib.

Rusiya mediası uçuşun Rusiyanın regional Anqara şirkətinə məxsus olduğunu yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG