Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:31

Khachaturyan bacıları buraxılmadı


Maria Khachaturyan
Maria Khachaturyan

Moskva məhkəməsinin hakimi atalarını bıçaqla öldürdüklərini etiraf etmiş üç bacı barədə qətimkan tədbirini uzadıb. Khachaturyan bacıları qətli illərlə davam etmiş məişət zorakılığı nəticəsində törətdiklərini deyiblər. Bu cinayət işi Rusiyada məişət zorakılığı törədənlərin cəzasını yüngülləşdirən qanunvericiliyi də yenidən gündəmə gətirib.

Maria, Angelina Krestina Khachaturyan 2018-ci ilin iyulunda ataları Mikhail öləndən sonra məhdud ev dustaqlığı, müxtəlif qadağalara məhkum ediliblər. Uyğun olaraq 17, 18 və 19 yaşları olan bacılar qəsdən törədilmiş qətl ittihamıyla 20 illik həbs cəzasına məhkum oluna bilərlər.

Prokurorluq istintaqı bu ayın əvvəlində tamamlayıb və iyunun 14-də bacılara rəsmi ittihamnamə irəli sürülüb. Angelina-nın vəkili Aleksei Parshin sənədin redaktəli versiyasını Facebook-da yerləşdirib. İttihamnamədə bacıların ataları tərəfindən mütəmadi cinsi istismara və alçaldıcı davranışa məruz qaldığı qeyd olunur.

Angelina Khachaturyan
Angelina Khachaturyan

Vəkillər Bastrykin-ə müraciət ediblər

Parshin yazıb ki, qətl günü ata bacıları dəfələrlə alçaldıb, böyük bacı Krestinanın üzünə gözyaşardıcı qaz vurunca qız huşunu itirib.

O və Khachaturyan bacılarının digər vəkilləri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin ittihamnamənin ləğvi üçün müraciət etmişdilər.

“İttihamnamə, yumşaq desək, qəribə səslənir. Cinayət işi fərziyyələr, uydurmalar, uyğunsuzluqlarla doludur”, – Parshin Facebook-da yazıb.

Krestina Khachaturyan
Krestina Khachaturyan

Khachaturyan bacılarının işi Rusiyanın federal kanallarında, müstəqil və qlobal mediada geniş işıqlandırılıb, cəmiyyətin məişət zorakılığına münasibəti haqda qızğın müzakirələrə səbəb olub. 2017-ci ildə qəbul olunmuş qanun məişət zorakılığının bir çox formalarını dekriminallaşdırıb.

İyunun 19-da 350-dək adam İstintaq Komitəsinin Moskvadakı qərargahı qarşısında növbəyə durub,Khachaturyan bacılarının müdafiəsi məqsədilə təkadamlıq piketlər keçirib.

“Zəruri özünümüdafiə cinayət sayıla bilməz”, – plakatlardan birində yazılıb.

“Atası həyatları boyunca qızlarını fiziki, emosional və cinsi istismar edib. İndi özlərini xilas etməkdən ötrü onlar 20 il həbs oluna bilərlər. Qurbanları suçlamayaq!” – başqa bir plakatda yazılıb.

XS
SM
MD
LG