Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:45

ABŞ ordusu Əfqanıstanda iki əsgərinin öldürüldüyünü deyir


Mike Pompeo Kabildə

ABŞ ordusu iyunun 26-da Əfqanıstanda iki hərbçisinin öldürüldüyünü bildirir. Bundan bir gün öncə Dövlət katibi Mike Pompeo Kabilə qəfil səfəri zamanı deyib ki, Vaşinqton “sentyabrın 1-dək” sülh sazişinin əldə olunacağına ümid bəsləyir.

Ordu bəyanatında ölümlərin hansı şəraitdə baş verdiyini açıqlamayıb. Bununla bu il Əfqanıstanda ölən ABŞ hərbçilərinin sayı azı 6-ya çatıb.

Ötən sentyabrdan Birləşmiş Ştatlar Taliban silahlı qruplaşması ilə danışıqlar masasına keçib, 18 ildir davam edən əfqan münaqişəsini bitirməkdən ötrü danışıqlar başlanıb.

ABŞ-ın elçisi Zalmay Khalilzad Qətərin paytaxtı Dohada Talibanla altı raund danışıq aparıb. Növbəti raund iyunun 29-na planlaşdırılır.

Danışıqlarda əsasən xarici hərbçilərin Əfqanıstandan çıxarılmasının qrafiki, yaraqlıların əfqan torpağından hücumlar planlaşdırmayacağına Talibandan zəmanət almaq müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG