Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:52

ABŞ Ukraynada partlayıcı anbarının tikintisinə 4 milyon dollar ayırır


Kiyevdə partlayış, arxiv fotosu

Birləşmiş Ştatlar Ukrayna ilə ölkənin adi sursatının təhlükəsizliyini gücləndirməyi hədəfləyən memorandum imzalayıb.

“Memorandumda növbəti iki il ərzində Ukraynanın Müdafiə Nazirliyi üçün altı partlayıcı anbarının tikintisinə 4 milyon dollar ayrılması nəzərdə tutulur”, – Dövlət Departamenti iyunun 25-də yaydığı bəyanatda deyib.

Sənədi ABŞ Dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi R. Clarke Cooper və Ukrayna Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin direktoru vəzifəsini icra edən Ruslan Nimchynskyi imzalayıblar.

Bəyanatda deyilir ki, layihə Ukraynanın sursat ehtiyatlarının təhlükəsizliyini gücləndirəcək, bu ölkəni fiziki təhlükəsizlik və sursat ehtiyatlarının idarə olunmasında NATO və beynəlxalq standartlara yaxınlaşdıracaq.

Son illər Ukraynanın silah depolarında bir neçə partlayış törədilib. Ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasında münaqişə gedir.

Ötən ilin oktyabrında İçnya şəhəri yaxınlığındakı sursat anbarında partlayış 12 min nəfərin köçürülməsinə səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG