Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:08

Dünyada tiryək çəkənlərin sayı daha çox imiş


Əfqanıstanda təhlükəsizlik qüvvələrinin müsadirə etdiyi tiryək

Dünyada tiryək çəkənlərin sayı daha öncə dəyərləndirildiyindən 56 faiz artıqdır. Bunu BMT-nin Narkotik Maddələr və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) bildirib.

İyunun 26-da yaydığı hesabatda UNODC qeyd edir ki, Hindistan və Nigeriyada irimiqyaslı sorğular keçiriləndən sonra dünyada tiryək istifadəçilərinin sayı 53,4 milyon nəfərə qaldırılıb.

Bu yeni rəqəm 2017-ci ilin məlumatlarına əsaslanır.

Hesabatda kokain istehsalının 2017-ci ildə 25 faiz yüksələrək 1,976 tona çatdığı vurğulanır. Bu, Kolumbiyada koka yarpağı becərilməsinin artımıyla əlaqədardır.

Sənəddə 2018-ci ildə dünyada tiryək istehsalıyla bağlı rəqəmlər verilib. Bu istehsal bir il öncə rekord səviyyəyə yüksəlmişdi.

Əfqanıstanda yaşanan quraqlıq ötən il tiryək istehsalını 25 faiz azaldaraq 7 min 790 tona salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG