Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:47

AB-yə sığınacaq müraciətləri azalıb


Bosniya Herseqovinada miqrantlar

2018-ci ildə Avropa Birliyinə (AB) sığınacaq üçün müraciət edənlərin sayı üçüncü il ardıcıl olaraq azalıb, böhrandan qabaqkı həddə enib. Bu ilin ilk beş ayı ərzində müraciətlərin sayının artmasına baxmayaraq, son illərin trendində ciddi uzunmüddətli dəyişiklik baş verdiyini demək üçün hələ tezdir. Avropa Sığınacaq Dəstəyi İdarəsi (EASO) iyunun 24-də Brüsseldə “2018-ci ildə AB+ məkanında sığınacaqla bağlı durum” adlı illik hesabatını açıqlayıb.

Ötən il AB+ məkanında beynəlxalq qorumadan ötrü 664 min 480 müraciət olunub. Artıq ardıcıl üçüncü ildir bu sayda azalma baş verir, budəfəki azalma 10 faizdir. Müraciətlərin 9 faizi təkrar ərizələrdir.

Ötən il AB-də sığınacaq müraciəti edənlər əsasən Suriya (13%), Əfqanıstan və İraqdan (hərəsindən 7%) olub. Vətəndaşlığa gəlincə, siyahıda ilk onluqda Pakistan, Nigeriya, İran və Türkiyə (hərəyə 4%), Venesuela, Albaniya və Gürcüstan (hərəyə 3%) yer alıb.

Ötən il sığınacaq üçün ən çox Almaniya, Fransa, Yunanıstan, İtaliya və İspaniyada müraciət olunub. Bu beş ölkə birlikdə AB+ ərazisində bütün müraciətlərin təxminən 75 faizini təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG