Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyul, şənbə, Bakı vaxtı 23:49

Rusiyalı kosmonavt və amerikalı astronavtlar Yerə qayıdıblar


Arxiv fotosu

Rusiya kosmonavtını, Birləşmiş Ştatlar və Kanadadan iki astronavtı daşıyan Soyuz kosmik gəmisi Yerə qayıdıb.

Ekspedisiya komandiri, Roskosmos-dan Oleg Kononenko, NASA astronavtı Anne McClain və Kanadanın Kosmik Agentliyindən David Saint-Jacques iyunun 25-də Qazaxıstanda Yerə eniblər. Onlar kosmosda 204 gün keçiriblər.

Bu, Kononenko-nun dördüncü kosmik missiyası idi.

Hazırda Beynəlxalq Kosmik Stansiyada amerikalılar Nick HagueChristina Koch, Rusiyadan Aleksei Ovchinin qalıb.

İyulda NASA-dan Andrew Morgan, Avropa Kosmik Agentliyindən Luca Parmitano və Roskosmos-dan Aleksandr Skvortsov qoşulacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG