Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyul, şənbə, Bakı vaxtı 23:52

Butina oktyabrın 25-də azadlığa buraxılacaq


Maria Butina

Birləşmiş Ştatlarda qeydiyyatsız xarici agent kimi məhkum edilmiş, rusiyalı silah hüquqları fəalı Maria Butina-nın həbs cəzası 10 gün azaldılıb. Bu haqda iyunun 22-də TASS dövlət xəbər agentliyi Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Leonid Slutsky-yə istinadla yazıb.

Qərar Butina-nın mayın 15-də verdiyi apellyasiya şikayəti üzrə çıxarılıb.

Hazırda Florida ştatında federal həbsxanada saxlanan Butina oktyabrın 25-də azadlığa çıxmalıdır.

O, apreldə təqsirini boynuna alıb, qeydiyyatsız xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinib. Butina 2018-ci ilin iyulunda saxlanandan həbsdədir.

Butina Milli Silah Assosiasiyası və digər qruplar barədə gizlicə kəşfiyyat məlumatı topladığını, bunu rusiyalı deputat Aleksandr Torshin-in nəzarəti altında etdiyini boynuna alıb.

Vaşinqtonda məhkəmənin çıxardığı qərarda Butina-nın həbs cəzası bitincə dərhal Rusiyaya deportasiya olunması da yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG