Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Pompeo Səudiyyə kralı ilə görüşüb


ABŞ dövlət katibi Mike Pompeo (sağda) və kral Salman iyunun 24-də Ciddə şəhərində görüşüblər
ABŞ dövlət katibi Mike Pompeo (sağda) və kral Salman iyunun 24-də Ciddə şəhərində görüşüblər

ABŞ dövlət katibi Mike Pompeo iyunun 24-də Ciddə şəhərində Səudiyyə Ərəbistanının kralı Salmanla görüşü zamanı regionda getdikcə artan gərginliyi müzakirə edib.

Pompeo deyib ki, onlar habelə Fars körfəzində neft tankerlərinə hücumların ardınca Hörmüz boğazında dəniz təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsini müzakirə ediblər. ABŞ bu hücumlara görə İranı ittiham edir. Tehran bu ittihamları qəbul etmir.

Pompeo Twitter-də yazıb ki, “naviqasiya azadlığı son dərəcə mühüm məsələdir”.

***

ABŞ Dövlət katibi Mike Pompeo İrana qarşı “qlobal koalisiya” yaratmaq istədiyini deyib. O, ABŞ-ın Fars körfəzində müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşüb.

Pompeo iyunun 23-də Vaşinqtonu tərk etməzdən öncə jurnalistlərə deyib ki, müttəfiqlərlə “strateji baxımdan birləşməyi, qlobal koalisiyanı necə yaratmağı” müzakirə edəcək.

Dövlət katibi Prezident Donald Trump-ın daha öncə dediklərini bir daha dilə gətirib, Vaşinqtonun Tehranla ilkin şərtsiz danışıqlara hazır olduğunu deyib.

Trump ötən il ölkəsinin İranla 2015-ci il nüvə sazişindən çıxdığını, İrana iqtisadi sanksiyaların bərpa olunduğunu açıqlayıb. Trump sazişin İranın nüvə silahlarını hazırlamasını tam əhatələmədiyini, onun Yaxın Şərqdə “ziyanlı” fəaliyyətinə son qoymadığını deyib.

İran isə yaraqlıların fəaliyyətini dəstəkləmədiyini, nüvə proqramının sırf dinc məqsədli olduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG