Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Imamoglu: ‘Türkiyə demokratiyasının nüfuzunu qorudunuz’


Ekrem Imamoglu
Ekrem Imamoglu

Türkiyənin hakim AK partiyası İstanbula nəzarəti itirdi, təkrar bələdiyyə seçkisini müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) Ekrem Imamoglu qazandı.

Dövlət mediasının məlumatına görə, Imamoglu iyunun 23-də keçirilmiş seçkidə səslərin 54 faizini qazanıb.

Hakim partiyanın namizədi, keçmiş baş nazir Binali Yildirim məğlubiyyətini etiraf edib.

Bu nəticə Prezident Recep Tayyip Erdogan-a zərbə sayılır, o, siyasi karyerasına İstanbulun bələdiyyə başqanı kimi başlamışdı.

İstanbulda bülletenlərin sayılması
İstanbulda bülletenlərin sayılması

Imamoglu martda keçirilən seçkidə qalib gəldi, ancaq AKP pozuntulardan şikayətləndi və nəticələr ləğv olundu.

Imamoglu ötən gecə onminlərlə tərəfdarı qarşısında çıxış edərək deyib: “Siz bütün dünyanın nəzərləri altında Türkiyə demokratiyasının nüfuzunu qorudunuz”.

49 yaşlı CHP-çi İstanbul üçün “yeni başlanğıc” vəd edib, Erdogan-la işləməyə hazır olduğunu dilə gətirib.

AKP 2002-ci ildən hakimiyyətdədir.

Mart seçkisində AKP paytaxt Ankaraya da nəzarəti itirib. Bu seçki ölkədə iqtisadi geriləmə, yüksək inflyasiya, artan işsizliklə bir araya təsadüf edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG