Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:39

Hakimlərin pul təminatı gücləndirilir


Femida

Azərbaycanda səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsindən ötrü hər bir hakimə vəzifə maaşının 25 faizi qədər vergidən azad olunan aylıq pul təminatı verilə bilər.

«Report»un xəbərinə görə, bununla bağlı «Məhkəmələr və hakimlər haqqında» Qanuna dəyişiklik edilir.

Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində yazılıb ki, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. Apellyasiya məhkəmələrinin hakimlərinə bu, vəzifə maaşlarının 20, birinci instansiya məhkəmələrinin hakimlərinə isə 15 faizi miqdarındadır.

Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni hər bir hakim vəzifə maaşının 25 faizi qədər əlavə pul təminatı ala bilər.

Xatırlatma

İyunun 18-də prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı sentyabrın 1-dən 180 manatdan 250 manata qaldırılıb. Bundan başqa, həmin tarixdən müəllimlərin 20, güc strukturlarında çalışanların 40, Mərkəzi Seçki Komissiyası sədri və üzvlərinin də maaşları 50 faiz artırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG