Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:32

ABŞ İran üzərindən uçmağı qadağan edir


RQ-4 pilotsuz kəşfiyyat təyyarəsi

ABŞ Federal Aviasiya Xidməti ölkənin aviaşirkətlərinə İran ərazisinin bir hissəsi üzərindən uçuşlar həyata keçirməyi qadağan edib. Söhbət Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanından gedir. Bugünlərdə İran məhz bu bölgədə ABŞ-ın RQ-4 BAMS-D pilotsuz kəşfiyyat təyyarəsini vurub. Onun dəyərinin 200 milyon dollar olduğu bildirilir.

ABŞ Aviasiya Xidmətinin məlumatına görə, yaxınlıqdakı mülki təyyarə hadisə yerindən 45 dəniz mil məsafədə yerləşib. Bu da bölgədə uçuşların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır. Amerika hava şirkətlərindən başqa, Avstraliyanın «Qantas» və Hollandiyanın «KLM» şirkətləri də bu bölgədən uçuşun qadağan edilməsi haqda qərar veriblər.

Daha öncə ABŞ prezidenti Donald Tramp pilotsuz təyyarənin yanlışlıqla vurulduğunu, Amerikanın buna cavab verməyəcəyini söyləmişdi.

Bununla belə, İran rəsmiləri israrla ABŞ aparatının kəşfiyyat tapşırığını yerinə yetirdiyinə görə hava məkanını pozduğunu, bu səbəbdən də vurulduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG