Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyul, çərşənbə, Bakı vaxtı 04:00

Həmsədrlər cəbhədə itkilərdən təəssüflənirlər


Vaşinqtonda görüş. 20 iyun 2019

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov ( Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmsədrlər nazirlərlə əvvəlcə ayrılıqda, sonra isə birgə görüşüblər.

Sənəddə yazılıb ki, həmsədrlər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi səlahiyyətlərinin icraçısı Filip Rikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların statusu və bölgədəki vəziyyət barədə məlumatlandırıblar.

«Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. Nazirlər vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər», - bəyanatda bildirilir.

Həmsədrlər bəyanatlarında cəbhə zonasında baş verən insan itkisindən təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.

Onlar habelə, tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpasından ötrü təxirəsalınmaz tədbirlərə, atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiqləməyə, təmas xətti, beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılmasından çəkinməyə səsləyiblər.

Sənəddə o da bildirilir ki, nazirlər yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Həmsədrlər regiona sonuncu dəfə mayın sonunda səfər etmişdilər.

XİN
XİN

XİN: Həmsədrlər nəticələrə yönəlik təkliflər təqdim ediblər

«Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir».

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin açıqlamasında yer alır.

Açıqlama Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 20-də Vaşınqtonda keçirilmiş görüşünün nəticələri ilə bağlı verilib.

XİN bildirir ki, bu görüş 3 saatdan çox davam edib, bundan öncəki görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi əsas müzakirə mövzusu olub.

Məlumatda qeyd edilir ki, Vaşınqton görüşündə həmsədrlər münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün hər iki tərəfin diqqətinə konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər.

Açıqlamaya görə, yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub. «Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu il iyunun 20-də Vaşınqtonda xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir», - açıqlamada belə yazılıb.

Azərbaycana xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 19-da ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı Ermənistandan olan həmkarı Zöhrab Mnatsakanyanla danışıqlar aparmaq məqsədi ilə ABŞ-a səfər etmişdi. Səfər çərçivəsində E.Məmmədyarov ABŞ-ın bir sıra rəsmiləri ilə də görüşlər keçirmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Bu münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər, danışıqlar davam edir.

Bundan öncə bu il aprelin 15-də Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Moskvada görüş keçirilmişdi. 2019-cu ilin əvvəlində isə onlar Parisdə görüşərək Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG