Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Xi Şimali Koreyaya səfərini yekunlaşdırır


Şimali Koreya lideri Kim Jong-un (solda) və Xi Jinping, arxiv fotosu

Şimali Koreya mediası ölkənin Çinlə münasibətlərini “sarsılmaz” adlandırıb. Bu arada Çin Prezidenti Xi Jinping Pxenyaya ikigünlük səfərini başa çatdırıb.

Rəsmi KCNA xəbər agentliyi iyunun 21-də yazıb ki, Xi-nin səfəri iki ölkənin dünya qarşısında “sarsılmaz” və “dəyişməz” dostluğu ilə öyünməsi üçün “vacib fürsət” olub.

Şimali Koreya sakinləri Pxenyanın küçələrinə çıxaraq çinlilərə “dost münasibətlərini” ifadə ediblər, qəzet yazıb.

Son 14 ildə ilk dəfə olaraq Çin lideri Şimali Koreyaya səfər edib. Onu aparıcı dövlət rəsmiləri, dövlət iqtisadi planlaşdırma agentliyinin rəhbəri müşayiət edib.

Çin bu təcrid durumunda olan ölkənin azsaylı müttəfiqlərindəndir, onun Kim üzərində təsiri olduğu güman edilir. Ancaq Pekin də Pxenyanı nüvə silahları sınaqlarına görə tənqid edib, BMT-nin sanksiyalarını dəstəkləyib.

Birləşmiş Ştatlar Şimali Koreyanı nüvə silahları proqramından əl çəkməyə məcbur etmək üçün Pxenyana sanksiyalar kampaniyasına rəhbərlik edib. Ancaq Trump-Kim sammitlərində nüvə tərksilahı üzrə elə bir irəliləyiş əldə olunmayıb.

İyunun 28-də Yaponiyada başlanacaq G20 sammitində Xi Trump ilə görüşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG