Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 14:42

Elina Hacıyevanın işi üzrə ekspertiza yekunlaşıb


Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib

162 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi çәrçivәsindә təyin edilmiş ekspertiza yekunlaşıb.

Bu barədə məlumat verən vəkil Emin İsayevin sözlərinə görә, ekspertizanın nәticәlәri bir sira məsələlərdə özünü göstərəcək. Vəkilin vurğulamasına görə, bura hadisə zamanı həkim səhlənkarlığının olub-olmaması, həmçinin, cinayət işinə digər şəxslərin cəlbinə ehtiyac yaranıb-yaranmaması daxildir.

Elina Hacıyeva ilə bağlı yeni ittiham

E.İsayevin deməsinə görə, E.Hacıyevanın qəbrinə müdaxilə ilə də bağlı narahatlıq var. Onun sözlərinə görә, qəbri valideynləri ziyarət edən zaman bəzi hallar müəyyən olub: «Qəbrin üstündə dağıntı әlamәtlәri var idi. Bununla bağlı dərhal polisə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hәrәkәt) maddəsi ilə cinayət işi başlanıb».

Həmin maddə üzrə ittiham edilən şəxsə 2 ilədək islah işləri və ya 5 ilədək həbs cəzası verilə bilər.

Vəkilin bu açıqlamasına, hələlik, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan E.Hacıyevanın aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında yazılırdı.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

«Təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə məktəb psixoloqunun da iştirakı ilə bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub», - direktorun E.Hacıyeva haqqında yaydığı məlumatda belə qeyd edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG