Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 00:04

Xi Kim-lə görüşəcək


Kim Jong Un (solda) və Xi Jinping (sağda) Çində görüş zamanı, arxiv fotosu

Çin Prezidenti Xi Jinping Pxenyana nadir dövlət səfəri edəcək, Şimali Koreya lideri Kim Jong Un-la görüşəcək.

Xi-nin ikigünlük səfəri iyunun 20-də başlanır. Bundan dörd ay öncə Kim Vyetnamda ABŞ Prezidenti Donald Trump ilə bir araya gəlmişdi.

Son 14 ildə ilk dəfədir Çin prezidenti Şimali Koreyaya gedir.

Çin bu təcrid durumunda olan ölkənin azsaylı müttəfiqlərindəndir, onun Kim üzərində təsiri olduğu güman edilir. Ancaq Pekin də Pxenyanı nüvə silahları sınaqlarına görə tənqid edib, BMT-nin sanksiyalarını dəstəkləyib.

Birləşmiş Ştatlar Şimali Koreyanı nüvə silahları proqramından əl çəkməyə məcbur etmək üçün Pxenyana sanksiyalar kampaniyasına rəhbərlik edib. Ancaq Trump-Kim sammitlərində nüvə tərksilahı üzrə elə bir irəliləyiş əldə olunmayıb.

İyunun 28-də Yaponiyada başlanacaq G20 sammitində Xi Trump ilə görüşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG