Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 19:00

Keçmiş səfir Biznes Ombudsmanı oldu


Robin Ord-Smith

Britaniyanın Qırğızıstandakı keçmiş səfiri Robin Ord-Smith bu ölkənin biznes ombudsmanı seçilib.

Bişkekdə yaşayan biznes eksperti Azamat Akeneev iyunun 19-da jurnalistlərə deyib ki, qərarı xüsusi komissiya verib. Həmin quruma biznes qrupları və assosiasiyaları, Qırğızıstan hökumətinin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təmsilçiləri daxildir.

Qırğızıstan hökuməti bu vəzifəni yanvarda təsis edib.

53 yaşlı Ord-Smith 2015-ci ilin iyunundan 2019-cu ilin yanvarınadək Britaniyanın Qırğızıstandakı səfiri kimi çalışıb.

AYİB bu ölkədə biznes ombudsmanın fəaliyyəti üçün 1,5 milyon avro (1,68 milyon dollar) ayırmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG