Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Kiyev bir əsgərinin həlak olduğunu bildirir


Arxiv fotosu

Ukrayna hökuməti ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla toqquşmalarda bir əsgərinin öldürüldüyünü, altısının yaralandığını bildirir.

İyunun 19-da münaqişənin hər iki tərəfi bir-birini atəşkəsi pozmaqda, ağır artilleriyadan atəş açmaqda suçlayıb.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında separatçılarla hökumət qüvvələrinin toqquşmalarında 13 mindən çox adam həlak olub.

Minsk razılaşmaları çərçivəsində atəşkəs sazişləri nəticəsində döyüşlər səngisə də, atışmaların qarşısını tam almaq mümkün olmayıb.

XS
SM
MD
LG