Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:13

Amnesty Gürcüstan hökumətindən tələb edir ki...


Tbilisi Paradının loqosu

Gürcüstan hakimiyyəti LGBT fəallarının bu həftə keçirilən “Tbilisi paradı” iştirakçılarının təhlükəsizliyini təmin eləsin. Belə bir çağırışla ABŞ Dövlət Departamenti və Amnesty International (AI) hüquq-müdafiə təşkilatı çıxış edib.

AI iyunun 18-də yaydığı bəyanatında bildirir ki, “homofobik qruplar daxil olmaqla bəzilərinin səsləndirdiyi görünməmiş zorakılıq təhdidləri” səbəbindən ehtiyat tədbirləri görülməlidir.

Amnesty tədbiri izləməyə beynəlxalq monitorinq missiyası göndərəcəyini bildirib.

Dövlət Departamentinin bəyanatına görə, “Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinə cinsi oriyentasiyası və gender mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını qorumaq çağırışlarını davam etdirir”.

Gürcüstanda iyunun 18-dən 23-dək ilk dəfə Tbilisi Paradı həftəsi keçirilir. Həftə ərzində teatr tamaşaları, beynəlxalq konfrans, “Şərəf Marşı” planlaşdırılır, təşkilatçılar belə deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG