Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:58

BMT rəhbərindən İdlib çağırışı


Suriya, arxiv fotosu

BMT rəhbəri Antonio Guterres Rusiya və Türkiyəni Suriyanın üsyançıların əlində olan İdlib vilayətində sabitlik yaratmağa çağırıb, burada “humanitar fəlakət” yaşandığını deyib.

“İdlibdə döyüşlərin qızışmasından dərin narahatlıq keçirirəm və burada durum artan oyunçu sayından dolayı özəlliklə təhlükəlidir”, – Guterres iyunun 18-də jurnalistlərə deyib. O, Moskvayla Ankaranı “durumu yubanmadan sabitləşdirməyə” səsləyib.

Suriyanın əsas müttəfiqi olan Rusiya və səkkiz ildir gedən vətəndaş müharibəsində hökumətlə savaşan üsyançıları dəstəkləyən Türkiyə ötən il Suriyanın şimal-qərbindəki vilayətdə gərginliyin azaldılması üzrə razılaşma əldə ediblər.

Ancaq razılaşma tam həyata keçirilməyib, yüzminlərlə dinc sakin İdlibdən qaçıb, burada qalan üsyançılar isə Suriya hökumət qüvvələri ilə vuruşur.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Mark Lowcock Təhlükəsizlik Şurasına deyib ki, Suriya hərbçiləri aprelin 30-da İdlibə hücuma başlayandan 330 min adam evlərindən qaçıb, 230-dan artıq dinc sakin öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG