Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:09

Rusiyalı deputatlar silah sazişinin əleyhinə səs verdilər


Dövlət Dumasında səsvermə

Rusiyada deputatlar Prezident Vladimir Putinin ölkənin 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri Sazişində iştirakının dayandırılmasına səs veriblər. Həmin sazişlə raketlərin bütöv bir sinifi ləğv olunmuşdu.

İyunun 19-da Dövlət Duması prezidentin qərarını yekdilliklə dəstəkləyib, 417 deputat lehinə səs verib, bir deputat səsvermədə iştirak etməyib.

Parlamentin yuxarı palatası layihəni iyunun 26-da nəzərdən keçirəcək. Layihə prezidentə sazişin icrasını bərpa etməklə bağlı təkbaşına qərar vermək səlahiyyəti verir.

Birləşmiş Ştatlar fevralda sazişdə iştirakını dayandırıb. Vaşinqton və müttəfiqləri Rusiyanı paktı pozmaqda suçlayıb.

İttihamı rədd edən Rusiya da oxşar addım atıb. Moskva da öz növbəsində sazişi ABŞ-ın pozduğunu deyir, Vaşinqton iddianı rədd edir.

Sözügedən sazişi Birləşmiş Ştatlar və Rusiyanın 500-5 min 500 kilometri vura bilən qanadlı, yaxud ballistik raket hazırlamasını, yerləşdirməsini qadağan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG