Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 19:36

'Hərbi şəhərciklərin 85 faizi yenidən qurulub'


Z.Həsənov cəbhə xəttində. 2017

«Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub».

AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 18-də müdafiə naziri Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2018-ci ildə 5 hərbi şəhərcik istifadəyə verilib: «Bu il isə 10-a yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində ordunun yeni silah və texnikalarla təchizatı, infrastrukturun yenilənməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində işlər görülür».

Yeni silahların alınmasından ötrü iş aparıldığını vurğulayan nazir bildirib ki, bu il Azərbaycan Ordusunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də tədbirlər davam etdiriləcək. Onun deməsinə görə, müasir komanda-idarəetmə sistemi qurulur.

Xatırlatma

Son illər Azərbaycan büdcəsində hər il, bir qayda olaraq, müdafiə xərcləri artırılır.

Azərbaycanın 2018-ci ildə müdafiə xərclərinin 2 milyard 842 milyon 681.9 min manat olduğu bildirilir. 2017-ci ildə müdafiə xərclərinin isə 2 milyard 621 milyon 265.1 min manat olduğu açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG