Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Əsrin sonuna dünyada əhali 11 milyarda çatacaq


Arxiv fotosu
Arxiv fotosu

2050-ci ilədək Yer üzündə təxminən 9 milyard 700 milyonadək adam yaşayacaq. Ancaq əhalinin artım tempi xeyli azalacaq və bir çox ölkələr əhalinin qocalması problemiylə üzləşəcək. BMT əhali artımına dair yeni hesabatını açıqlayıb.

Hesabata görə, Hindistan əhalinin sayına görə Çini ötəcək və dünyanın ən çox əhali yaşayan ölkəsinə çevriləcək.

Hazırda dünyada 7,7 milyard nəfər yaşayır. Əsrin sonunadək bu rəqəmin 11 milyard nəfərə çatacağı proqnozlaşdırılır.

Pew araşdırma mərkəzi bu hesabata söykənərək belə bir qənaətə gəlib ki, 22-ci əsrin əvvəlində əhali artımı praktik olaraq dayanacaq. Artım tempinin ən kəskin düşüşü 2050-2100-cü illər arası yaşanacaq. Proqnozlara görə, bu müddətdə planetdə əhali cəmi 1 milyard 300 milyon nəfər artacaq.

Rusiyada əhali artımı, 1990-2035
Rusiyada əhali artımı, 1990-2035

Dünyada doğum səviyyəsi azalır

BMT qeyd edir ki, 2027-ci ilədək Hindistanın əhalisi Çini keçəcək. Afrikada Saharadan cənubda əhali sayı isə iki dəfə yüksələcək. Ən yüksək əhali artımı 9 ölkədə gözlənir – Hindistan, Nigeriya, Tanzaniya, İndoneziya, Misir və Birləşmiş Ştatlardan. Ancaq hesabatda o da qeyd olunur ki, bu ölkələrdə əhali artımı dünyada doğum səviyyəsinin azalması fonunda baş verəcək.

1990-cı ildə hər anaya ortalama 3,2 uşaq düşürdü. 2019-cu ildə bu göstərici 2,5-ə düşüb, 2050-ci ilədəksə 2,2 uşağa düşəcəyi gözlənir.

Artıq bir sıra ölkələrdə əhali sayı azalmaqdadır. 2010-cu ildən bəri 27 ölkədə, yaxud ərazidə əhali sayında azı bir faizlik düşüş qeydə alınıb. 2050-ci ilədək 55 ölkədə əhalinin azı bir faiz azalacağı gözlənir. Bu ölkələrdən yarısında isə azı 10 faizlik azalma proqnozlaşdırılır.

2050-ci ilədək Yer üzündə hər altı adamdan birinin yaşı 65-dən yuxarı olacaq. 2018-ci ildə hər 11 nəfərdən birinin yaşı 65-dən çox olub. 2050-ci ilədək Avropa və Şimali Amerika əhalisinin dörddə biri 65-dən yaşlı olacaq. Bunun sosial təminata, pensiya və səhiyyə sisteminə dövlət xərclərini əməlli artıracağı gözlənir.

Bəzi hallarda əhalinin azalmasına emiqrasiya ciddi təsir göstərir. Müəyyən regionlarda əhalinin dəyişməsində isə miqrasiya axınının ciddi rolu var.

Banqladeş, Nepal və Filippin kimi ölkələrdən əhali miqrant kimi işləməyə gedir. Myanma, Suriya və Venesueladan isə zorakılıqda, silahlı münaqişədən qaçırlar.

Əhalinin azaldığı Belarus, Estoniya və Almaniya kimi ölkələrdə isə mühacirlərin boşluğu dolduracağı gözlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG