Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:33

Volkov həbsdən vaxtından qabaq buraxılıb


Leonid Volkov

Rusiya müxalifətçisi Aleksei Navalny-nin köməkçisi iyunun 18-də Moskvada həbsxanadan buraxılıb. Bir gün öncə məhkəmə ona kəsilmiş 15 günlük həbs cəzasını yarıbayarı azaldıb.

Leonid Volkov təqaüd yaşının qaldırılmasına etiraz nümayişinin təşkilinə görə ötən həftə saxlanmışdı. Onun buraxılması hakimiyyətin əhalinin narazı seqmentini sakitləşdirmək yönündə atdığı son addımlardandır.

Moskva Şəhər Məhkəməsi Volkov-un həbs müddətinin azaldılmasının səbəbini izah etməyib.

O, iyunun 10-da 15 günlük həbsə məhkum edilmişdi. Bu həbsdən cəmi bir neçə saat öncə isə 20 günlük həbs müddəti bitmişdi. Volkov 2018-ci ilin sentyabrında Moskvada icazəsiz yürüşü canlı yayınladığına görə təqsirli bilinmişdi.

38 yaşlı Volkov Navalny-nin Antikorrupsiya Fondunda layihə meneceridir. Bu fond hökumət rəsmiləri arasında iddia olunan korrupsiyanı araşdırır.

Ötən həftə Çeçenistan məhkəməsi insan haqları fəalı Oyub Titiyev-i vaxtından qabaq azadlığa buraxıb. O, martda narkotik ittihamıyla 4 illik həbsə məhkum edilmişdi. Özü ittihamları rədd edir.

Bundan başqa hakimiyyət jurnalist Ivan Golunov barəsində cinayət işini bağlayıb. O da narkotik ittihamıyla ev dustaqlığına məhkum olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG