Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Keçmiş prezidentə ittihamlar irəli sürülüb


Karikatura
Karikatura

Qırğızıstanın parlament komissiyası keçmiş prezident Almazbek Atambaev-ə doqquz korrupsiya ittihamı irəli sürüb. 12 deputatdan ibarət komissiyanın iclası iyunun 17-də ictimaiyyətə açıq şəkildə keçirilib.

***

Deputatlar keçmiş prezidentin mümkün mühakiməsi məsələsinə baxır

İyunun 17-də Qırğızıstanın parlament komissiyası keçmiş prezident Almazbek Atambaev-in toxunulmazlığının ləğvinin mümkünlüyü məsələsinə baxacaq. Bu, keçmiş prezidentə korrupsiya ittihamlarının verilməsinə yol aça bilər.

12 deputatdan ibarət komissiya bu gün yığışır. Onlardan öncə 60 deputatdan ibarət qrupun imzaladığı petisiyada Atambaev iddia olunan korrupsiya cinayətlərində – vəzifədə ikən hakimiyyətdən sui-istifadədə ittiham olunub.

Mayda qüvvəyə minmiş qanuna görə, keçmiş prezidentlərin eks-prezident status alınarsa, onlar toxunulmazlığı itirə, mühakimə oluna bilərlər.

Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev
Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev

Ədavət necə başladı

Bunun baş verməsindən ötrü ilk öncə parlament eks-prezidentlə bağlı Baş prokurorluğa ittihamlar təqdim etməlidir. Əgər prokurorluq ittihamlara əsas taparsa parlament keçmiş prezidentlərin statusunu ala bilər.

Mayın 27-də qüvvəyə minmiş qanunu Prezident Sooronbai Jeenbekov ratifikasiya edib. Bu arada bəzi siyasətçilər 2011-ci ildən 2017-ci ilədək hakimiyyətdə olmuş sələfinin verdiyi qərarlarla bağlı araşdırma aparmağa çağırırdı.

Atambaev Jeenbekov-un prezidentliyə namizədliyini dəstəkləyir, hətta seçki kampaniyası dövründə bir neçə dəfə demişdi ki, Jeenbekov seçilərsə onun siyasətini davam etdirəcək.

Bu isə Atambaev-in xələfi vasitəsilə ölkəyə idarəçiliyi davam etdirəcəyi ilə bağlı spekulyasiyaya yol açırdı.

Ancaq Jeenbekov 2017-ci ilin noyabrında prezident andı içəndən sonra tədricən Atambev hökumətinin kadrları ilə vidalaşmağa başladı. Prezident aparatının rəhbəri Farid Niyazov 2018-ci ilin martında işdən çıxarılıb. Atambaev-in bir sıra əqidədaşları isə korrupsiya ittihamları ilə həbs olunub.

Jeenbekov və Atambaev ədavətinin digər siyasətçilərinin etibarını kölgələcəyi sarıdan da narahatlıq var. Davamlı korrupsiya, qohumbazlıq, havadarlıq iddiaları xarici biznes tərəfdaşları və investorlarla sövdələşmələri, həmçinin 2017-ci il prezident seçkisinin nəticələrini sual altına alıb. Bu həmçinin gələn il parlament seçkiləri planlaşdırılmış, əvvəllər siyasi təlatümlər yaşanmış ölkədə zəhərli soyasi ab-hava yaratmış olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG