Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 10:01

Rusiya Avropa Parlamentinə seçkilərə də müdaxilə etmək istəyib?


Arxiv fotosu
Arxiv fotosu

Rusiya mayda Avropa Parlamentinə seçkinin nəticələrinə təsir göstərməkdən ötrü “ardıcılı və davamlı” dezinformasiya fəaliyyəti aparıb. Avropa Birliyi iyunun 14-də belə fəaliyyətə dəlil topladığını bildirib.

Avropa Komissiyasının hesabatına görə, “Rusiya mənbələri” seçici fəallığını azaltmağa, seçicilərin seçiminə təsir göstərməyə çalışıblar.

Komissiya “Rusiya mənbələri”nin mahiyyətini açıqlamayıb. Həm də bildirib ki, “sərhədlərdən kənardan, xarici mənbələrdən spesifik olaraq Avropa seçkilərini hədəfləyən dezinformasiya kampaniyası” müəyyənləşdirə bilməyib.

İllüstrativ foto
İllüstrativ foto

Brüssel xəbərdarlıq etmişdi

Seçkidən öncə Brüssel AB ölkələrinə, FacebookTwitter kimi sosial media şirkətlərinə xəbərdarlıq etmişdi ki, Rusiyadan mümkün “saxta xəbərlər”dən qorunsunlar.

İyunun 14-də açıqlanmış hesabatda isə ziyanlı fəaliyyət kimi AB-nin demokratik legitimliyinə dair suallar qaldırmaq, miqrasiya kimi bölücü məsələlərdən istifadə göstərilir.

Məsələn, Parisdə Notr Dam kilsəsindəki yanğın “AB-də Qərb və xristian dəyərlərin iddia olunan çöküşünün əksi” adlandırılıb.

Komissiya bildirir ki, “saxta xəbərlər”lə mübarizəsi dezinformasiyanın onlayn yayılma miqyasını azaldıb.

Bu cəhdlərə Facebook, Google, TwitterMozilla kimi internet şirkətlərinin könüllü davranış kodeksini imzalaması da daxildir.

Ancaq hesabatda daha çox işin görülməli olduğu vurğulanır.

“Daxili və xarici oyunçuların yararlandığı, özəlliklə də Rusiya mənbələrinə bağlı taktika, dövlət və onlayn platformaların gördüyü tədbirlər kimi sürətlə inkişaf edir”, – qurum bildirir.

XS
SM
MD
LG