Kiyev təsərrüfat məhkəməsi "Roshen" qənnadı malları korporasiyasının iddiasını təmin edib, “qənnadı mallarının bağlanmasında qırmızı rəngli materiallardan” istifadə hüququnu bu şirkətə verib. Bu haqda məhkəmənin qərarına əsasən Ukraynanın “Naşi denqi” nəşri yazır.
Məhkəmə Nazirlər Kabinetinin üzərinə vəzifə qoyub ki, bu əmtəə nişanını – qənnadı mallarının bağlanmasında qırmızı rəndən istifadə hüququnu "Roshen"in adına qeydiyyatdan keçirsin.
Əmtəə nişanına müxtəlif materiallar – kağız, lent, ip, sap və sairə daxildir. Məhkəmənin qərarına görə, məhsullarını qırımızı lentlərlə bağlamaq, ümumilikdə bağlamada bu rəngdən istifadə hüququ "Roshen" korporasiyasına verilir.
2017-ci ildə şirkət üzərində "Roshen" yazılmış qırmızı lenti əmtəə nişanı kimi qeydiyyata aldırmışdı. Qırmızı rəngdən istifadə hüququnu almaqdan ötrü şirkət elə həmin ildən mübarizə aparırdı.
2017-ci ilin dekabrında "Roshen" “Kiyevxleb” şirkətinə qarşı məhkəməni uddu. Həmin şirkət bir tortunu üstündə yazılar olan qırmız lentlə bağlamışdı. Məhkəmə bu bağlamanın "Roshen"in tortlarına oxşadığını müəyyənləşdirib və “vicdanlı olmayan rəqabətə” görə 219 min qriven cərimə kəsib.
Roshen Ukraynanın keçmiş prezidenti Petro Poroshenko-ya məxsusdur.