Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 13:08

Ukraynaya, ABŞ-a düşmən kimi baxan rusiyalıların sayı azalır


Rusiyada pensiya yaşının qaldırılmasına etiraz, arxiv fotosu
Rusiyada pensiya yaşının qaldırılmasına etiraz, arxiv fotosu

Getdikcə Ukrayna və Birləşmiş Ştatları düşmən ölkələr hesab edən rusiyalıların sayı azalır, çünki onlar diqqəti artan daxili problemlərə yönəldirlər. Bunu yeni sorğu üzə çıxarıb.

Müstəqil Levada Mərkəzinin iyunun 14-də açıqladığı sorğuya görə, ABŞ-ı düşmən ölkə hesab edən rusiyalıların sayı bir il öncə 78 faiz idisə, indi 67 faizə düşüb.

Ukraynanı düşmən sayanların sayı isə 49 faizdən 40 faizə enib.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən Ukrayna və Birləşmiş Ştatlarla münasibətləri pisləşib, üstəlik, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Birləşmiş Ştatlar Rusiyanı cəzalandırmaqdan ötrü ona sanksiyalar tətbiq etməyə başlayıb.

Moskvanın mərkəzində etiraz aksiyası
Moskvanın mərkəzində etiraz aksiyası

Bir tərəfdən sanksiyalar, digər tərəfdən neftin ucuzlaşması son beş ildə Rusiyanın iqtisadi artımına zərbə vurub. Son aylar Rusiyada maaş və pensiyalar kimi məsələlərlə bağlı etirazlar keçirilib.

Rusiyalıların Birləşmiş Ştatlar və Ukraynaya mənfi münasibəti ona görə azalır ki, onlar getdikcə geosiyasətlə az maraqlanırlar, daha çox qiymətlər və maaşlar sarıdan əndişələnirlər, siyasi təhlilçi Aleksei Makarkin “Vedomosti” qəzetinə deyib.

Həm də bəzi rusiyalılar ola bilsin, Ukraynanın yeni liderinin ikitərəfli münasibətləri yaxşılaşdıracağına ümid edirlər, Levada Mərkəzinin direktoru Lev Gudkov qəzetə söyləyib.

Apreldə aktyor Volodymyr Zelenskiy beş il müddətinə Ukrayna prezidenti seçilib.

XS
SM
MD
LG