Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyul, çərşənbə, Bakı vaxtı 16:43

Ukrayna münaqişəsində 500-dən artıq işgəncə halı sənədləşdirilib


Fiona Frazer

BMT-nin Ukraynadakı İnsan Haqlarını Monitorinq Missiyası 500-dən artıq pis rəftar, kommunikasiyasız saxlama, hökumət qüvvələri və rusiyapərəst separatçılar tərəfindən işgəncə halı sənədləşdirib. Missiyanın iyunun 13-də yaydığı hesabatda bu halların 2014-cü ilin aprelindən münaqişə başlanandan qeydə alındığını bildirir.

“Bunun aysberqin ucu olmasına inanırıq, çünki işgəncə Ukraynada sistematik məsələdir və silahlı münaqişə onu daha da kəskinləşdirib”, – missiya rəhbəri Fiona Frazer BMT-nin yeni hesabatını təqdim edərkən mətbuat konfransında jurnalistlərə deyib.

Frazer bir çox hallarda işgəncə hallarını dövlət təhlükəsizlik xidmətlərinin, yaxud separatçı qurumların özlərini “təhlükəsizlik nazirlikləri” adlandıran qurumları tərəfindən törədildiyini bildirib.

Hesabatda sənədləşdirilən bir halda bir xarici vətəndaş dekabrda Dövlət Təhlükəsizlik Xidməti (SBU) tərəfindən saxlanaraq işgəncə gördüyünü deyib. Martda həmin şəxs şikayət verib və Ukraynanın Dövlət Təhqiqatlar Bürosu insidenti araşdırmağa başlayıb. O zaman həmin SBU zabitləri onun mənzilinə gəlib, onlarla Odessaya gedərək bəzi sənədləri imzalamasını xahiş ediblər.

“Maşında onlar maska taxaraq onun pasportunu, pulqabını, telefonunu alıblar. Ona Ukraynanı tərk etməli olduğunu deyiblər. Ona göstərdikləri canlı videoyayında iki silahlı mənzilinin yanında dayanıb, mənzildə isə həyat yoldaşı və iki uşağı olub. Ona deyiblər ki, getməyə razılaşmasa, həmin şəxslər onun mənzilinə girəcəklər”, – hesabatda deyilir.

2014-cü ilin aprelindən Ukraynanın şərqində başlanan münaqişədə 13 minədək adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG