Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyul, şənbə, Bakı vaxtı 09:02

Məscidlərdə qırğın törətməkdə ittiham olunan özünü təqsirli bilmir


Brenton Tarrant

Yeni Zelandiyada iki məsciddə 51 nəfəri öldürməkdə ittiham olunan avstraliyalı ittihamlar üzrə özünü təqsirli bilməyib. Məhkəmə 2020-ci il mayın 4-nə təyin olunub.

İyunun 14-də keçirilən hazırlıq iclasında Brenton Tarrant 51 qətl və 40 adamöldürməyə cəhd ittihamları üzrə özünü təqsirli bilməyib. Ona bir terrorçuluq ittihamı da irəli sürülüb.

Martın 15-də törədilmiş kütləvi qırğın üzrə məhkəmə Kraystçerç Ali Məhkəməsində keçirilib.

28 yaşlı şübhəli məhkəməyə Oklenddə maksimum qorunan həbsxanadakı kiçik otağından videoəlaqə vasitəsilə qoşulub. Tarrant-ın adından vəsatətləri vəkili Shane Tait təqdim edib.

Vəkili vəsatət qaldıranda Tarrant irişib, ancaq ümumilikdə emosiyalarını çox bildirməyib. O, danışmağa da cəhd etməyib.

Məhkəmənin altı həftə çəkəcəyi gözlənir.

Kraystçerç şəhərində iki məscidə hücum zamanı yarımavtomat silahlarla silahlanmış bir nəfər cümə ibadətinə yığışmış müsəlmanları hədəfə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG