Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:25

‘Kiev’ yox, ‘Kyiv’ yazacaqlar


Ukrayna parlamenti, Verkhovna Rada

ABŞ rəsmiləri Ukrayna paytaxtının adını Rusiya variantındakı kimi “Kiev” yox, Ukrayna dilindəki yazılış və tələffüzə uyğun “Kyiv” yazmağa razılaşıblar. Məlumatı Ukrayna yayıb.

İyunun 13-də Facebook səhifəsindəki bəyanatında Ukraynanın Vaşinqtondakı səfirliyi bildirib ki, ABŞ-ın Coğrafi Adlar üzrə İdarəsinin bu qərarı iyunun 17-dən qüvvəyə minəcək.

Məlumata görə, bu dəyişiklik Birləşmiş Ştatlardan kənarda da həyata keçiriləcək – beynəlxalq aeroportlarda, təşkilatlarda “Kyiv” yazılacaq.

Dəyişikliyi Ukraynanın Birləşmiş Ştatlardakı səfiri Valeriy Challiy xahiş edibmiş, bəyanatda belə deyilir.

Ukrayna #KievdeyilKyiv həştəqi ilə kampaniya aparır, beynəlxalq qurumları, ölkələri bu ölkədəki yer adlarını Ukrayna fonetikasına uyğun yazmağa çağırırdı.

XS
SM
MD
LG