Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Polis Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirdi


Əməliyyat. Foto arxiv

Bu il iyunun 3-dən 10-na kimi Azərbaycan və Rusiya Federasiyasının sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Bu barədə bu gün, iyunun 13-də Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, iki ölkənin daxili işlər nazirlərinin razılaşması əsasında keçirilən əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsidir.

Əməliyyatlar Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax, Oğuz rayonlarını əhatə edib.

Görülən tədbirlər nəticəsində müxtəlif cinayətlərdə ittiham edilərək axtarışda olan 31 şəxs tutulub: «O cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanıb».

Məlumatda qeyd edilir ki, qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, 36 silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 müxtəlif hərbi ləvazimat və 7 min 716 ədəd müxtəlif çaplı patron götürülüb.

«Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10 min 753 ədəd çətənə kolu məhv edilib. Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib», - məlumatda vurğulanır.

İki ölkənin daxili işlər nazirlikləri bundan əvvəl də belə əməliyyatlar keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG