Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:29

Azərbaycana birbaşa xarici investisiya azalıb


Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında

2018-ci ildə dünyada birbaşa xarici investisiya (BXİ) artıq üçüncü il ardıcıl olaraq azalıb. UNCTAD iyunun 12-də “Dünya İnvestisiya Hesabatı 2019” adlı hesabatını açıqlayıb. Hesabatda bu düşüşün səbəbləri təhlil olunur, regiondakı son tendensiyalar və 2019-cu il üçün xarici birbaşa investisiyanın perspektivləri götür-qoy olunur.

Cənub-şərqi Avropa və MDB ölkələrinin iqtisadiyyatına sərmayələr ötən il 28 faiz azalaraq 34 milyard dollara düşüb. Bu azalmanın əsas səbəbi regionunun ən böyük iqtisadiyyatı və ən böyük sərmayələrin qoyulduğu ölkə olan Rusiya Federasiyasına investisiyanın 26 milyard dollardan 13 milyarda düşməsilə bağlıdır.

Rusiyaya birbaşa xarici sərmayə, infoqrafika
Rusiyaya birbaşa xarici sərmayə, infoqrafika

Regiondakı digər ölkələr – Azərbaycan, Qazaxıstan və Ukraynaya da sərmayə axınında azalma var.

Ümumi tendensiyanın əksinə olaraq, Cənubi-şərqi Avropaya, özəlliklə Serbiya və Şimali Makedoniyaya sərmayə artıb. Bu altregionda Monteneqrodan savayı digər ölkələrə sərmayə həcmində artım var.

2018-ci ildə keçid iqtisadiyyatlarına BXİ da azalıb və ilk öncə Rusiya, Azərbaycan və Qazaxıstana yatırımın azalmasıyla bağlıdır. MDB və Gürcüstana pul axını 36 faiz azalaraq 27 milyard dollara düşüb. Bu azalma altqrupdakı 12 ölkədən yeddisinə təsir göstərib (Ermənistan, Belarus, Moldova, Tacikistan və Özbəkistan istisnadır).

Rusiya sərmayə yarıbayarı azalaraq 13 milyard dollara düşsə də, ölkədən sərmayə axını 7 faiz yüksələrək 36 milyard dollara çatıb. Bu artım daha çox layihələrə təkrar sərmayə qoyulan gəlirlər və filiallara şirkətdaxili kreditlərlə əlaqələndirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG