Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Trump seçkidə rəqibi haqda xarici informasiya istərdi – Qərb mediası


Donald Trump (solda) və demokratlardan namizədliyə əsas iddialı Joe Biden
Donald Trump (solda) və demokratlardan namizədliyə əsas iddialı Joe Biden

ABŞ Prezidenti Donald Trump deyir ki, 2020-ci ilin prezident seçkisində rəqibi barədə xarici ölkədən informasiya almaq istərdi.

“Məncə, qulaq asmaq istərdiniz... qulaq asmaqda pis bir şey yoxdur”, – Trump deyib. ABC News ondan soruşub ki, Rusiya, yaxud Çin kimi ölkələr ona belə informasiya versəydi, neylərdi.

Prezident bunun ABŞ seçkisinə xarici müdaxilə olması fikrini rədd edib.

“Bu, müdaxilə deyil, onlarda informasiya var və məncə, onu alardım”, – Trump vurğulayıb.

2016-cı ilin prezident seçkisi zamanı Trump-ın seçki kampaniyasının rusiyalılarla əlaqələri Federal Təhqiqat Bürosu tərəfindən araşdırılıb. Xüsusi prokuror Robert Mueller isə tərəflər arasında mümkün əlbirliyi, ədalətin əngəllənməsini araşdırıb. Hazırda Konqresdə oxşar təhqiqatlar davam edir.

Elizabeth Warren
Elizabeth Warren

Son iki ildə Rusiya məsələsi Trump-ın prezidentliyinin mərkəzində durub. Onun yeni fikirləri isə onu göstərir ki, bir namizədin xarici ölkədən kömək almasında pis bir şey görmür.

Mueller-in istintaqı Trump-a ittiham irəli sürəyə yetərincə dəlilin aşkarlanmadığı qənaətinə gəlib.

Demokratlardan prezidentliyə namizəd olmaq istəyən Elizabeth Warren Trump-ın dediklərindən sonra bir daha onu impiçment etməyə çağırıb.

“Mueller hesabatı aydın şəkildə ortaya qoydu: Xarici hökumət Trump-ı dəstəkləməkdən ötrü bizim 2016-cı il seçkimizə hücum edib, Trump köməkdən məmnun qalıb və təhqiqatı əngəlləyib... İndi deyir ki, bunu bir daha edərdi. Donalt Trump-ı impiçment etməyin vaxtı çatıb”, – Warren tvitində yazıb.

Honq Konqda toqquşmalar, 12 iyun, 2019-cu il
Honq Konqda toqquşmalar, 12 iyun, 2019-cu il

Honq Konqda minlərlə adam küçələrdədir

Bu gün – iyunun 13-də Honq Konqda minlərlə etirazçı küçələrə çıxıb, onların yenə də polislə toqquşacağı gözlənir. Səbəb Çinlə ekstradisiya qanunu layihəsidir. Bir gün öncə polis silahsız nümayişçilərə qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.

“Reuters” agentliyi artıq polislə nümayişçilər arasında kiçik toqquşmalar olduğunu, etirazçıların polisə üz maskaları və ərzaq ehtiyatlarını dağıtmağa imkan verməməyə çalışdığını yazır. Hadisələrin episentri isə parlament binasının ətrafıdır.

“Hökumətlə uzun müharibəyə hazırıq. Gəncəm, buna görə də Honq Konq uğrunda savaşmalıyam”,Natalie Wong adlı etirazçı deyib.

Ekstradisiya qanunu Honq Konqda yaşayanları, burada yaşayan, yaxud səyahət edən xarici və çinli vətəndaşları əhatələyir. Etirazçılar onun hüququn aliliyinə, Honq Konqun beynəlxalq maliyyə statusuna zərbə vuracağından narahatdırlar.

Şəhərin maliyyə rayonunda yerləşən hökumət idarələri bu həftə bağlı qalıb. Dünənki toqquşmalarda 72 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

Pavel Durov
Pavel Durov

Telegram Çinin kiberhücumuna məruz qaldığını deyir

Telegram mesajlaşma tətbiqi bildirib ki, Honq Konqda kütləvi etirazlarla eyni vaxtda güclü kiberhücuma məruz qalıb.

Sosial şəbəkənin rəhbəri Pavel Durov tvitində hücumun daha çox Çindəki IP ünvanlardan qaynaqlandığını yazıb.

“Tarixən, dövlət oyunçusu səviyyəsində hücumların hamısı Honq Konqdakı etirazlarla eyni vaxta düşüb. Bu dəfə də istisna deyil”, – o yazıb.

Telegram bildirir ki, hücum sadəcə əlaqə yaradılmasına təsir göstərib, heç bir informasiyaya ziyan dəyməyib.

XS
SM
MD
LG