Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:04

Türkiyə ABŞ sanksiyalarını cavabsız qoymayacağını deyir


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Birləşmiş Ştatlar Ankaranın Rusiyadan S-400 sistemi almasına görə sanksiyalar tətbiq edərsə, Türkiyə “qarşılıqlı addımlar atacaq”. Bunu Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu bu gün – iyunun 14-də deyib.

“Birləşmiş Ştatlar bizə qarşı hər hansı mənfi addım atarsa, biz də qarşılıqlı tədbir görəcəyik”, – o, Türkiyə televiziyasına müsahibəsində vurğulayıb.

“Reuters” agentliyi bu açıqlamadan sonra türk lirəsinin ABŞ dollarına qarşı 5,93 səviyyəsinə düşdüyünü yazır. Bu, son iki həftədə ən zəif göstəricidir.

***

Çavuşoğlu: Heç kim Türkiyəyə ultimatum verə bilməz

Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistmeninin alınması qərarından geri çəkilməyəcək .

Bunu iyunun 13-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.

Bundan az əvvəl ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan türkiyəli həmkarına yazdığı məktubda bildirirdi ki, Ankara Rusiyadan S-400 sistemini almaq fikrindən daşınmasa, Türkiyə ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarə proqramından çıxarılaqcaq.

Bu məktuba cavabında Çavuşoğlu yazır ki, Türkiyəyə heç kim ultimatum verə bilməz.

"Türkiyə belə məktublarla öz qərarından geri çəkilən deyil. Türkiyə S-400-ü alıb. Bu silah Türkiyəyə çatdırılacaq və Türkiyədə yerləşdiriləcək”.

***

Erdogan Trump-ı inandıracağına ‘ümid edir’

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, Birləşmiş Ştatların F-35 qırıcı proqramıyla bağlı təhdidini geri götürməyə inandıracağına ümid edir. Ankara Rusiyadan zenit-raket kompleksi almaq qərarı verdiyindən Vaşinqton Türkiyəni bu proqramdan çıxarmaqla hədələyir.

Erdogan iyunun 12-də deyib ki, “bu məsələni telefonla müzakirə etmək, mövcud durumu başlanğıc nöqtəsinə qaytarmaq istərdi”.

Erdogan iyunun 28-29-da Yaponiyada keçiriləcək G-20 sammitində ABŞ Prezidenti Donald Trump ilə görüşməlidir. Ancaq Türkiyə liderinin sözlərinə görə, o, Trump ilə iyunun 13-də telefonla danışacaq.

Birləşmiş Ştatlar Türkiyəyə iyulun 13-dək vaxt verib ki, Rusiyadan S-400 zenit-raket kompleksi almaq qərarını ləğv etsin, yoxsa ABŞ-ın rəhbərlik etdiyi F-35 proqramında iştirakı dayandırıla bilər. Ankara ordusu üçün 100 ədəd bu qırıcıdan almaq istəyir.

S-400 sistemi
S-400 sistemi

Birləşmiş Ştatların Müdafiə naziri vəzifəsini icra edən Patrick Shanahan türkiyəli həmkarına məktub yazaraq Türkiyənin bu proqramdan çıxarılmasını hədəfləyən addımları izah etmişdi.

Vaşinqton və müttəfiqləri raketdən müdafiə sistemini NATO sistemlərinə uyğun hesab etmir, F-35 qırıcılarına təhdid sayırlar.

Rusiya iyunun 11-də bildirib ki, iyulda Türkiyəyə S-400 sistemlərini çatdırmağı planlaşdırır.

“Türkiyə artıq onu alıb”

Erdogan indiyədək ABŞ-ın təzyiqinə dirəniş göstərib, razılaşmanın artıq əldə olunduğunu deyib, S-400-ün NATO sistemlərinə təhdid olması barədə deyilənləri rədd edib.

O, iyunun 12-də televiziya çıxışında deyib ki, ölkəsinin “F-35 layihəsindən rasional və legitim əsası olmayan səbəblərlə çıxarılması”na Vaşinqtondan cavab istəyəcək.

“Baxın, mən demirəm ki, Türkiyə S-400 sistemini alacaq, deyirəm ki, Türkiyə artıq onu alıb”, – o vurğulayıb.

“Bu işi tamamlamışıq. Allah qoysa, sistem gələn aydan ölkəmizə çatdırılacaq”, – Erdogan bildirib.

Vaşinqton Ankaraya ABŞ istehsalı olan Patriot sistemlərini almağı təklif edirdi. Erdogan isə Rusiyanın qiymət və birgə istehsal üzrə daha yaxşı razılaşma təklif etdiyini vurğulayıb.

Bu, hücum deyil, müdafiə sistemidir. Ölkəmizi müdafiə etməkdən ötrü gərəkən addımları atmayaqmı?” – o deyib.

“Amerikadan belə bir sistem istədikmi? Bəli, istədik. Verdilərmi? Xeyir, vermədilər”, – prezident bildirib.

Shanahan isə ötən həftə deyirdi ki, ABŞ-ın Patriot-la bağlı təklifi “çox rəqabətlidir”.

XS
SM
MD
LG