Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:13

General İŞİD-in ABŞ-a hücumunu real saymır


Əfqanıstan ordusu

Birləşmiş Ştatların yüksək rütbəli generalı deyir ki, İslam Dövləti (İŞİD) terror qrupu Əfqanıstanda “xeyli narahatedici” mövcudiyyətini saxlayır, ancaq güclü hərbi təzyiq altında olduğundan ABŞ-a hücumu real deyil.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri olan General Frank McKenzie iyunun 12-də Almaniyada jurnalistlərə deyib ki, Əfqanıstandakı ekstremist qrupun “yəqin Birləşmiş Ştatlara hücum niyyəti var”.

“Onlara təzyiqi saxladıqca bunu etməkləri çətin olacaq”, – McKenzie deyib. Onun rəhbəri olduğu Mərkəzi Komandanlıq Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi əməliyyatları üçün məsuliyyət daşıyır.

General Qətər, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səkkiz günlük səfərini yekunlaşdırıb.

“The Associated Press” agentliyi bu həftə ABŞ və Əfqanıstan təhlükəsizlik rəsmilərinə istinadla yazmışdı ki, İŞİD Əfqanıstanda mövqelərini möhkəmləndirir, yeni üzvlər cəlb edir, ABŞ və digər Qərb ölkələrinə hücumlar planlaşdırır.

McKenzie-nin fikrincə, İŞİD Əfqanıstanda gücünü artırmayıb, ancaq bu ölkədə təhlükəli varlığını saxlamaqdadır. O, Əfqanıstanın şərqində qruplaşmanın “bizə xeyli narahatlıq verdiyini”, əks-əməliyyatların döyüşçülərin sayını azalda bilmədiyini sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG