Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 00:27

Sülhməramlılar Əfqanıstana yola salınıb


Azərbaycan sülhməramlıları. Foto arxiv

Bu gün, iyunun 12-də Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb. Onlar NATO-nun «Qətiyyətli Dəstək» missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Onun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasında iştirak edir.

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG