Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Şimal rayonlarında leysan, dolu gözlənir


Yağış

İyunun 13-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24 gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG