Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:42

Abe Tehrandadır


Shinzo Abe və Hassan Rouhani (sağda), arxiv fotosu

Yaponiyanın Baş naziri Shinzo Abe iyunun 12-də Tehrana yola düşüb. O, Vaşinqtonla Tehran arasında gərginliyin azaldılmasına yardımçı olacağına ümidini bildirib.

Abe İran Prezidenti Hassan Rohani və ölkənin Ali dini lideri Ali Khamenei ilə görüşəcək. Son 40 ildən artıq bir müddət ərzində Yaponiyanın baş naziri belə bir görüş keçirməyib.

Vaşinqton ötən il İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, İrana sanksiyalar bərpa olunub. ABŞ Yaxın Şərqdə hərbi iştirakını da gücləndirməyə başlayıb.

Abe Tokiodan çıxmazdan öncə deyib ki, Yaponiya Yaxın Şərqdə “sülh və sabitliyə doğru mümkün qədər çox iş görmək istəyir”.

Tokio Birləşmiş Ştatların Asiyadakı müttəfiqlərindən biridir, eyni zamanda Tehranla münasibətləri yaxşıdır.

Ancaq müşahidəçilər bu səfər zamanı nəyinsə əldə oluna biləcəyinə şübhəylə yanaşırlar. Onların fikrincə, bu səfər yalnız Abe-nin iyulda keçiriləcək parlament seçkisi öncə qlobal dövlət xadimi kimi imicini gücləndirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG