Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 06:12

Sudanda etirazçılar hərbçilərlə ‘razılığa gəlib’


Sudanda etirazçılar, arxiv fotosu

Sudan müxalifətinin liderləri etirazları dayandırmağa, Sudanın hərbi şurası ilə danışıqları bərpa etməyə razılaşıblar, efiopiyalı vasitəçi belə deyir.

Hələlik, ölkəni idarə edən generallar xəbəri təsdiqləməyiblər. İyunun 11-də isə BMT-nin Təhlükəsizlik Şurası ordunun dinc itaətsizlik kampaniyası keçirən vətəndaşlara divan tutmasını pisləyib.

Bu arada ABŞ-ın aparıcı diplomatı Sudana gedəcək, ordunun mülki idarəçilik tələb edən etirazçılara divantutmanı dayandırmağa çağıracaq.

Efiopiyanın Baş naziri Abiy Ahmed-in elçisi “Azadlıq və Dəyişiklik uğrunda Alyans”ın dinc itaətsizlik kampaniyasına son verməyə razılaşdığını deyib.

Tərəflər arasında vasitəçilik edən Mahmoud Drir bildirib ki, tərəflər tezliklə danışıqları bərpa etməyə razılaşıblar.

Sudanın paytaxtı Xartumda onlarla etirazçı öldürüləndən sonra Afrika Birliyi bu ölkənin üzvlüyünü dayandırıb.

Apreldə Prezident Omar al-Bashir devriləndən Sudanda zorakılıq səngimir.

Günün bütün mövzuları

XS
SM
MD
LG