Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:08

Avtokratiya ‘mümkünsüzdür’? Türkiyəyə baxın – Qərb mediası


Türkiyədə ana müxalifət CHP tərəfdarlarının etirazı, arxiv fotosu
Türkiyədə ana müxalifət CHP tərəfdarlarının etirazı, arxiv fotosu

“The Washington Post” qəzetində türkiyəli jurnalist və yazar Ece Temelkuran ABŞ və Türkiyəni müqayisə edir, 17 il öncə Türkiyədə ağlasığmaz şeylərin indi gerçəkləşdiyini və Birləşmiş Ştatların da bundan sığortalanmadığını yazır.

“İndi hətta ən hörmətli müşahidəçilər belə vaxtilə rədd etdikləri ehtimalı nəzərdən keçirirlər: ‘Əgər Trump seçkini uduzsa belə, Ağ evdən getməsə, onda necə?’ Ola bilsin, hamımızın mümkünsüz olanın əsrində yaşadığımızı anlamağın zamanı çatıb”, – müəllif yazır.

“Türkiyədə martda keçirilən bələdiyyə seçkilərində Prezident Recep Tayyip Erdogan-ın opressiv rejiminə baxmayaraq, müxalifət bir sıra böyük şəhərlərdə qalib gəldi. Türkiyənin bu illər ərzində nə yaşadıqlarını təsəvvürə gətirməkdən ötrü Trump-ın siyasi bacarığını azı 100-ə vurun, onun 17 il hakimiyyətdə olmasını gözünüzün qabağına gətirin. Düşünün ki, The Post qəzeti Trump-ın kürəkəninin ailəsinə məxsusdur. Oy, bağışlayın, unutdum, bu mümkün deyil, axı”, – yazan müəllif son 17 ildə, Erdoganın hakimiyyəti dövründə köhnə siyasi və ədliyyə mexanizmlərinin qəddar hökumət tərəfindən parçalandığını, Türkiyə xalqının demokratiyalarından olub-qalanı qorumaqdan ötrü çarpışdığını qeyd edir. Millət olduqca mürəkkəb seçki qanununu oxumağa başladı. Bu gün Türkiyədə istənilən müxalifətçi ilə az təhsilli bir şəxs seçki qanununu əzbər bilir.

Donald Trump (solda) və Recep Tayyip Erdogan
Donald Trump (solda) və Recep Tayyip Erdogan

“Demokratiyanı itirmək onun bərpasına nə qədər qan, tər, göz yaşı gərəkdiyini yadımıza saldı. İndi bilirik ki, heç bir abstrakt institut, heç bir hüququ araşdırma, heç bir utanmaq çağırışı hakimiyyəti bir dəfə ələ almış sağ qanad populizmini devirə bilməz”, – məqalədə deyilir.

Müəllif yazır ki, Birləşmiş Ştatlar, yaxud Türkiyədə 17 il öncə mümkünsüz sayılan indi, oxşarlıqla baş verməkdədir və bu qlobal və əxlaqi fenomenlə elə qlobal səviyyədə mübarizə aparılmalıdır.

“Steve Bannon Avropada sağ-qanad populist liderlərini təşkil edə bilirsə, bu liderlər bir araya gəlirsə, onda dünya əhalisi də bir-birilə danışmalı, qlobal söhbət və həmrəylik şəbəkəsi yaratmalıdırlar. Üç il öncə Britaniyada Breksit səfehliyinə yol açmış milli dikbaşlığa vaxt yoxdur...” – müəllif vurğulayır.

Putin və Xi Jinping Moskva zooparkında
Putin və Xi Jinping Moskva zooparkında

Rusiya Çinə qucaq açsınmı

ABŞ Prezidenti Donald Trump Çinə qarşı ticarət müharibəsi apardığı bir məqamda Çin Prezidenti Xi Jinping rusiyalı həmkarı Vladimir Putin-lə dostlaşıb. Bu dostluq Rusiyanın maraqlarına cavab verirmi? “Project Syndicate” portalında Nina Khrushcheva bu suala cavab axtarır.

Xi Jinping ötən həftə Rusiyada idi. O, Moskva zooparkına pandalar da bağışladı, bu, Çinin ələ almağa çalışdığı ölkələrə standart hədiyyəsidir. Jinping Sankt Peterburü İqtisadi Forumunda rus yazıçısı Fyodor Dostoevsky-dən sitat gətirdi.

Son altı ildə Putin-lə Xi azı 30 dəfə görüşüb, bu ölkələrin illik ticarəti 100 milyard dolları keçib. Ancaq münasibətlər son vaxtlar lap dərinləşib, ötən həftəki forumda 25-dən artıq ticarət və digər razılaşmalar imzalanıb.

Müəllif Rusiyadan ötrü Çinlə münasibətlərin sıxlaşmasını cazibədar sayır. Axı, beş ildir, Krımın ilhaqından sonra Rusiya beynəlxalq sanksiyalar altındadır. Yazıda 1950-ci illərin əvvəlləri, Kommunist Partiyasının Çində hakimiyyətə keçdiyi, Sovet İttifaqı ilə alyans yaratdığı dönəm yada salınır. Ancaq bu münasibət həmişə gərgin olub, çünki həm Joseph Stalin, həm də Mao Zedong beynəlxalq kommunist hərəkatına liderliyə can atırdılar.

“Bu günsə Putin və Xi Birləşmiş Ştatlar və Qərblə mübarizədə qlobal liderliyə can atır və hər ikisi də bu proses zamanı qəddar sələflərini yada salır. Fərq ondadır ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları və Putinin qeyri-düzgün idarəçiliyi altında əzilir və üstünlük Çin liderinə məxsusdur”, – məqalədə deyilir.

Çinin Bir Kəmər, Bir Yol layihəsi çərçivəsində investisiyaları
Çinin Bir Kəmər, Bir Yol layihəsi çərçivəsində investisiyaları

Çinin digər ölkələrə ‘gizli’ borcu

Çinin digər ölkələrə ayırdığı kreditlər rəsmi açıqlanandan xeyli yüksəkdir və bu da “gizli borc”un yığılması ilə nəticələnir. “CNBC” yazır ki, artan borc problemi inkişaf tempini gözləntilərdən daha çox yavaşıda bilər.

Şəffaflığın olmaması həmin ölkələrin buraxdığı istiqrazları nəzərdən keçirən investorlara, yaxud Beynəlxalq Valyuta Fondu kimi həmin ölkələrə kömək edən təşkilatlara təsirini göstərə bilər. Bunu Harvard Universitetində Kennedi Məktəbinin professoru Carmen Reinhart deyib.

Ötən ay Sinqapurda Nomura İnvestisiya Forumunda çıxış edən Reinhart söyləyib: “Çinin qlobal kreditor kimi yüksəlişi xeyli gizlənmiş borcların mövcudluğu deməkdir. Yəni Çindən borc alan ölkələr var, ancaq bu borclar barədə BVF və dünya Bankına məlumat verilmir. Sonucda bu ölkələrin malik olduqlarından daha az borclandıqları düşünülür”.

Professorun fikrincə, bu, BVF və dünya Bankının borc davamlılığı təhlilini əngəlləyə bilər. Bu qurumlar ölkələrin borc yükünü öyrənir və onların borclanma riskini məhdudlaşdıracaq strategiya üzrə tövsiyələr verir.

XS
SM
MD
LG