Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Donbasın müstəqilliyini dəstəkləyən rusiyalıların sayı azalır


Xarkovda etiraz aksiyası, 10 iyun, 2019-cu il
Xarkovda etiraz aksiyası, 10 iyun, 2019-cu il

Ukraynanın Donbas regionunun Rusiyanın tərkibinə qatılmasını istəyən rusiyalıların sayı 2014-cü ilin aprelindən ilk dəfə olaraq artır. Levada sorğu mərkəzinin sosioloqları respondentlərin 27 faizinin belə cavab verdiyini deyirlər.

2014-cü ilin martında 48 faiz respondent bu sualın tərəfdarıydı. Sonradan bu cür düşünənlərin sayı kəskin azaldı və 2017-ci ilin martında cəmi 21 faiz belə cavab vermişdi.

Respondentlərin 29 faizi Donbasın Ukraynadan müstəqilliyinə tərəfdardır. 2017-ci ildə 37 faiz respondent belə düşünürdü.

Ukraynanın tərkibində qalaraq Kiyevdən böyük müstəqillik əldə etmək” variantını isə 17 faiz respondent seçib. “Ukraynanın tərkibində böhrana qədərki şərtlərlə qalmaq” variantını dəstəkləyənlərin sayı da artır. 2017-ci ilin martıyla müqayisədə iki dəfə artıq – 14 faiz respondent bu variantı seçib.

Ukrayna pasportu
Ukrayna pasportu

Pasport məsələsi

Levada mərkəzinin sosioloqları Ukrayna vətəndaşlarına Rusiya pasportlarının verilməsinin sadələşdirilməsinə də rəy öyrəniblər. Bu sadələşdirmə ilk öncə ölkənin cənub-şərqində yaşayanlar üçün nəzərdə tutulub. Bu addımın tamamilə və sürətlə baş verməsini 70 faiz respondent istəyir. 22 faiz əksini düşünür. 36 faizin mövqeyincə, belə pasportların verilməsi “Rusiya büdcəsinə əlavə yük olar”.

Rusiyalıların 36 faizi deyir ki, Krımın Rusiyaya “birləşdirilməsi”nin pulunu ödəməyə “qətiyyən hazır deyillər”. Levada 2014-cü ilin martından sorğu keçirəni bu, rekord göstərici sayılır.

Ukrayna və Qərb ölkələri Krım yarımadasının birləşdirilməsini anneksiya sayır və Moskvaya sanksiyalar tətbiq edib.

Aprelin 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilərin sakinlərinə pasportların verilməsi prosedurunun sadələşdirilməsi haqda fərman imzalayıb. Bu qərarı Kiyev, AB ölkələri, ABŞ sərt tənqid edib. Cavabında Putin deyib ki, Kreml ukraynalıların hamısı üçün Rusiya pasportunun alınmasını asanlaşdırmağı müzakirə edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG