Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Sənədsiz evlərlə bağlı komissiyanın işindən xəbər var


Sənədsiz evlərin tikilməsinə kim icazə verir?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Sənədsiz evlərin tikilməsinə kim icazə verir?

«Sənədsiz fərdi evlərin sənədləşdirilməsi ilə bağlı işlər davam edir. Amma, hələlik, hansısa bir nəticədən danışmaq çox tezdir. Evlərin sənədləşdirilməsi bir sıra meyarlara cavab verməlidir».

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildiriblər.

Qurumdan qeyd edildiyinə görə, öncə hansı evlərin qeydə alınacağı, hansılarının alınmayacağı müəyyən olunmalıdır.

BŞİH-dən deyilənlərə görə, bu ilin sentyabr ayında işdə ilkin nəticələr əldə edilə bilər: «...Komissiyanın, qurumların işləri ilə bağlı hansı məlumatlar olacaqsa, ictimaiyyətə çatdırılacaq. Sentyabra qədər komissiyanın işinin yekunlaşacağı, ilkin nəticələrin ola biləcəyi gözlənilir, amma iş də həddindən artıq çoxdur».

Bakı Şəhər İcra Hakimiyyətindən habelə bildiriblər ki, komissiyada Dövlət Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri var.

İcra hakimiyyətindən həmçinin, bildirilib ki, sənədsiz evlər arasında yüksəkgərginlikli elektrik xətləri altında, kommunikasiya xətlərinin üstündə, eləcə də neft kəmərləri zonasında tikilənlər var və onlarla bağlı suallar da çoxdur. Üstəlik, birbaşa Neft Şirkətinin inzibati ərazisində tikilmiş evlər mövcuddur, bütün bunlara görə araşdırmalar çox vaxt aparır.

Xatırlatma

Azərbaycanda hələ 2011-ci ildə Bakı və ətraf ərazilərdə sənədsiz evlərin qeydiyyata alınması məsələsi gündəmə gəlmişdi. Hətta ölkə mətbuatında yer alan məlumatlara görə, bu məsələnin həlli ilə bağlı ölkə prezidenti də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırmışdı. Amma aradan illər keçsə də, bu sahədə ciddi dönüşün olmadığı bildirilirdi. Bu məsələ ilə bağlı bu il də yeni açıqlamalar verilib. Hətta BŞİH-dən bu məsələlərin araşdırılıb həll edilməsindən ötrü komissiyanın da yaradıldığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG