Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:45

Pompeo Gürcüstanın NATO niyyətlərini alqışlayır


Mike Pompeo (sağda) Mamuka Bakhtadze ilə görüşür
Mike Pompeo (sağda) Mamuka Bakhtadze ilə görüşür

ABŞ-ın dövlət katibi Mike Pompeo Gürcüstanın “NATO üzvlüyünə can atan ölkə kimi lider rolunu” alqışlayıb, bu ölkəyə qarşı “Rusiyanın davam edən işğalını” pisləyib.

“Rusiyanın təcavüzü, Gürcüstan ərazisini qanunsuz tutması, atəşkəs öhdəliklərinə əməl etməməsinə baxmayaraq, Gürcüstan ərazi bütövlüyünü saxlamağa çalışır”, – Pompeo iyunun 11-də Vaşinqtonda Gürcüstanın Baş naziri Mamuka Bakhtadze ilə görüşündə deyib.

“Rusiyanın aqressivliyi ordumuzun Gürcüstanın Müdafiə Hazırlığı Proqramına dəstəyindən qürur duymağa əsas verir. Biz Gürcüstanın ərazisini müdafiəsini təmin edəcək qüvvəyə təlim keçərək təchiz olunmasına kömək edirik”, – Pompeo deyib.

***

ABŞ-ın Dövlət katibi Mike Pompeo iyunun 11-də Vaşinqtonda Gürcüstanın Baş naziri Mamuka Bakhtadze ilə görüşəcək, “bir sıra ikitərəfli məsələləri” müzakirə edəcək.

İyunun 10-da Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, Birləşmiş Ştatlar Gürcüstanın separatçı Cənubi Osetiya regionunda seçkiləri “tanımır”.

“Bizim Cənubi Osetiya ilə bağlı mövqeyimiz aydındır. Bu regionlar Gürcüstanın ayrılmaz hissələridir”, – deyən Ortagus Vaşinqtonun “Gürcüstanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəklədiyini” vurğulayıb.

***Buna da bax: Azərbaycan Cənubi Osetiyadakı seçkiləri tanımır

İyunun 9-da Cənubi Osetiyadakı rejimin keçirdiyi seçkini Tbilisi ölkənin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması hesab edir.

Avropa Birliyi bu səsvermə nəticəsində formalaşacaq “konstitusion və qanunverici çərçivəni” tanımayacağını bəyan edib.

Salome Zurabishvili Tbilisidə tədbirdə çıxış edir
Salome Zurabishvili Tbilisidə tədbirdə çıxış edir

“Yolumuz uğurla bitəcək”

Gürcüstanın şimalında 53 min nəfərin yaşadığı Cənubi Osetiya 2008-ci ildə qısa Rusiya-Gürcüstan müharibəsindən sonra de-fakto müstəqilik qazanıb və Moskva onu tanıyıb.

İyunun 10-da verdiyi müsahibədə Gürcüstan Prezidenti Salome Zurabishvili deyib ki, Tbilisi bu iki regiona nəzarəti yenidən ələ alacaq: “Məncə, tədricən, işğal olunmuş ərazilərin əhalisi perspektivin şimalda (red: Rusiyada) olmadığını anlayırlar”.

Dekabrda prezident postuna keçmiş Zurabishvili AP agentliyinə Cenevrədə müsahibə verib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiyanın onun ölkəsinə göstərdiyi “çox ağır təzyiq”ə qarşı daha çox iş görməlidir. O, həmin təzyiqin Gürcüstan avro-Atlantik inteqrasiyaya doğru “təbii yol” aldığı üçün göstərildiyini vurğulayıb.

“Bizi oraya çatdıracaq fəaliyyət planım yoxdur. Ancaq məncə, NATO-ya və Avropa Birliyinə doğru yolumuzun uğurla bitəcəyi çox aydındır”, – Zurabishvili deyib.

Gürcüstan prezidentinin fikrincə, Tbilisinin Qərbdəki müttəfiqləri birbaşa görüşlərində onun ölkəsi haqda çox danışmalıdırlar, “Rusiyayla hər bir görüşdə bu məsələ gündəmdə olmalıdır”.

Zurabishvili Cenevrəyə Beynəlxalq Əmək Təşkilatının 100 illik tədbirlərinə gedib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG