Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:34

Kanada birdəfəlik plastik qabları yasaqlayır


Plastik torbalar

Kanada 2021-ci ildən birdəfəlik plastik çöpləri, torbaları qadağan edəcəyini bildirib. Baş nazir Justin Trudeau bunu dünya okeanlarını çirklənmədən qorumaqdan ötrü “qlobal çağırış” adlandırıb. Baş nazir Kanadanın istifadə etdiyi plastik məhsulların 10 faizindən də azını təkrar istifadəyə buraxdığını söyləyib.

“Səmimi desəm, bir ata kimi bunu övladlarıma izah etmək çətindir. Dünyada sahillərdə qarınları plastik torbalarla dolu ölü balinaları necə izah edəsən axı?” – o yazıb.

Qadağaya plastik torbalar, çöplər, çəngəl-bıçaq daxildir. Bu məhsullar dünyada dənizləri çirkləndirən plastik tullantıların əksəriyyətini təşkil edir.

Hökumət 2021-ci ilin son tarix kimi qoyulmasını şirkətlərə yeni qaydalara uyğunlaşmaqdan ötrü zaman vermək niyyətilə izah edir.

Ötən il G7 sammitində Kanada, Fransa, Almaniya, Britaniya, İtaliya və Avropa Birliyi dünya okeanlarında çirklənməyə qarşı xartiya imzalayıblar.

Birləşmiş Ştatlar və Yaponiya bu pakta qoşulmayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG