Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 03:07

FSB krımlı tatar fəalları saxlayıb


Krımda axtarışlar
Krımda axtarışlar

Rusiyanın təhlükəsizlik qüvvələri Ukraynadan ilhaq olunmuş Krım regionunda üç tatar fəalın evlərində axtarış aparandan sonra özlərini saxlayıb. Məlumatı Ukraynanın hüquq müdafiə qrupu yayıb.

“Krım Həmrəyliyi” təşkilatının bildirməsinə görə, Rusiya polisi və Federal Təhlükəsizlik Xidməti (FSB) iyunun 10-da Riza Omerov, Eskender SuleymanovAyder Dzhepparov-u saxlayıblar. Bundan öncə həmin şəxslərin və daha dörd Krım tatarının evlərində axtarış aparılıb.

Krımlı vəkil Mammet Mambetov Facebook-da yazıb ki, axtarış zamanı Riza Omerov-un yeddi aylıq hamilə həyat yoldaşının vaxtından qabaq doğuş sancıları başlanıb və xəstəxanaya aparılıb.

Mammet Mambetov
Mammet Mambetov

Hizb ut-Tahrir qruplaşmasına üzvlük şübhəsi

FSB-nin məlumatına görə, Krımda Hizb ut-Tahrir qruplaşmasına üzv olmaqda şübhəli bilinən şəxslərin evlərində axtarış aparılıb. Bu islamçı qruplaşma Rusiyada qadağan olunsa da, Ukraynada olunmayıb.

Martın sonunda FSB 20 Krım tatarını Hizb ut-Tahrir-ə üzvlükdə şübhəli bilərək saxlamışdı. Paytaxt Simferropolda və yaxınlıqdakı bölgələrdə evbəev axtarış aparılmışdı.

Rusiya 2014-cü ildə yarımadanı ilhaq edəndən Rusiya hakimiyyəti onlarla Krım tatarını Hizb ut-Tahrir-ə üzvlük suçlaması ilə təqib edib.

İnsan haqları qrupları və Qərb hökumətləri bu “repressiya kampaniyası”nı pisləyiblər. Onlar Rusiyanın Krıma təyin etdiyi haimiyyətin türkdilli tatar icması üzvlərini, eləcə də Moskvanın ilhaqına qarşı çıxan digər şəxsləri hədəfə aldığını deyir.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası aprelin 29-da yaydığı hesabatında bildirib ki, “Rusiyanın işğal etdiyi Krımda Rusiya hakimiyyəti tatar müsəlmanlarının oğurlanmasını, onlara işgəncə və həbsini davam etdirir”.

Rusiya Krıma nəzarəti oraya əsgərlərini göndərməklə, əsas obyektlərə tutmaqla və referendum keçirməklə ələ alıb. Azı 100 ölkə referendumu qanunsuz sayıb. 2014-cü ilin aprelindən Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsində 13 minədək adam həlak olub.

XS
SM
MD
LG