Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:59

Tehran ABŞ və onun müttəfiqlərinə xəbərdarlıq edir


Mohammad Javad Zarif (sağda) və Heiko Maas
Mohammad Javad Zarif (sağda) və Heiko Maas

İran prezidenti Hassan Rohani Almaniyanın xarici işlər naziri ilə görüşündə deyib ki, hazırkı gərginliyə baxmayaraq 2015-ci ildə dünya gücləri tərəfindən imzalanmış nüvə sazişini qoruyub saxlamağa dəyər.

O iyunun 10-da Heiko Maasla görüş zamanı deyib:

“Biz bu sazişin qorunub saxlana biləcəyinə hələ də inanırıq və Almaniya Avropa İttifaqı ilə birlikdə bu prosesdə həlledici və pozitiv rol oynaya bilərlər”.

Bu arada İranın xarici işlər naziri Mohammad Javad Zarif Maasla danışıqlardan sonra xəbərdarlıq edib ki, İrana qarşı “iqtisadi müharibə” aparan ABŞ-ın sanksiyalarını dəstəkləyən ölkələr “özlərini təhlükəsiz hiss edə bilməzlər”.

Zarif xatırladıb ki, İrana qarşı iqtisadi müharibə aparıldığını ABŞ prezidenti Trump-ın özü etiraf edib. O xəbərdarlıq edib ki, “İrana qarşı müharibə aparan istənilən ölkə o müharibəni başa vura bilməyəcək”.

İran xarici işlər naziri deyib ki, “regiondakı gərginliyin azaldılmasının yeganə yolu iqtisadi müharibəyə son qoymaqdır”.

Öz növbəsində Almaniya naziri Maas deyib ki, Almaniya və Avropa İttifaqının başqa ölkələri bu sazişin saxlanması üçün yol tapmağa çalışırlar, lakin bu məsələdə müəyyən hüdudlar var:

"Biz möcüzə göstərə bilməyəcəyik. Amma biz iflasdan yan keçə bilmək üçün bacardığımızı edirik. Suriyada və Yəməndə müharibə var, xoşbəxtlikdən burada yoxdur. Biz situasiyanın belə qalması üçün hər şeyi etmək istəyirik”.

O bildirib ki, vəziyyətin belə gərgin qalması çox təhlükəlidir, çünki bu, gözlənilmədən sonu bəlli olmayan hadisələrlə nəticələnə bilər.

***

Almaniyanın Xarici işlər naziri Heiko Maas iyunun 10-da Tehranda İran rəsmiləri ilə görüşəcək, İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini qorumağın yollarını müzakirə edəcək.

Maas-ın İranın Xarici işlər naziri Mohammad Javad Zarif və Prezident Hassan Rohani ilə görüşəcəyi gözlənir.

Nazir səfərdən öncə danışıqların hər iki tərəfə İranın nüvə sazşini qorumağın “konstruktiv yollar”ını tapmağa kömək edəcəyinə ümidini bildirib.

Zarif-in sözlərinə görə, “tərəfdaşların sazişi xilas etməkdən ötrü konkret nəyə nail olduğunu” bilmək istəyir.

Sazişi imzalamış Qərbi Avropa ölkələri – Fransa, Britaniya və Almaniya sazişi xilas etməyə çalışır. Birləşmiş Ştatlar ötən ilin mayında sazişdən çıxıb və İran iqtisadiyyatına sanksiyaları bərpa edib.

ABŞ Prezidenti Donald Trump ABŞ-ı İranla nüvə sazişindən çıxararkən bu razılaşmanın İranı nüvə silahları istehsalından çəkindirmək üçün kifayət qədər sərt olmadığını bildirmişdi.

O bildirirdi ki, razılaşmada İranın “raket proqramı və regiondakı hərbi qruplaşmalara dəstəyi nəzərə alınmayıb”.

İran regiondakı qiyamçı fəaliyyətlərə dəstək verdiyini danır və bildirir ki, onun nüvə fəaliyyəti sırf dinc mülki xarakterlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG