Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:09

Cənubi Osetiyada ‘parlament seçkisi’ keçirilib


Rusiya Prezidenti Vladimir Putin (sağda) və Anatoly Bibilov, arxiv fotosu

Gürcüstanın separatçı Cənubi Osetiya regionundakı rejim parlament seçkisi keçirib.

Özünü regionunun prezidenti adlandıran Anatoly Bibilov seçiciləri “düzgün seçim etməyə”, gələcək deputatları isə işlərində “Cənubi Osetiya xalqına” daha çox diqqət ayırmağa çağırıb. Regionda işsizlik və yoxsulluq göstəriciləri yüksəkdir.

Qondarma qurumun parlamentindəki 34 yer uğrunda 98 namizəd mübarizə aparıb.

Gürcüstanın Xarici İşlər Nazirliyi səsverməni pisləyib, iyunun 9-da yaydığı bəyanatda bu “seçkinin” “Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü ciddi şəkildə pozduğunu” bildirib.

Avropa Birliyi bu səsvermə nəticəsində formalaşacaq “konstitusion və qanunverici çərçivəni” tanımayacağını bəyan edib.

İyunun 10-da verilən məlumata görə, ilkin nəticələr Vahid Osetiya partiyasının daha çox səs qazandığını, Xalq Partiyasının ikinci olduğunu göstərib.

Gürcüstanın şimalında 53 min nəfərin yaşadığı Cənubi Osetiya 2008-ci ildə qısa Rusiya-Gürcüstan müharibəsindən sonra de-fakto müstəqilik qazanıb və Moskva onu tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG