Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:54

Toqayev etirazları dağıdan polisə təşəkkür edib


Nur-Sultanda saxlananlar
Nur-Sultanda saxlananlar

Qazaxıstanın keçmiş avtoritar prezidenti Nursultan Nazarbayevin özünə varis etdiyi Qasym-Zhomart Toqaev iyunun 9-da keçirilmiş prezident seçkisi zamanı baş verən etiraz aksiyalarını dağıdılmasına görə polisə minnətdarlığını bildirib.

İyunun 10-da Nur-Sultan şəhərində jurnalistlərin qarşısında çıxış edən Qasym-Zhomart Toqaev deyib ki, seçki günündə Almatı və başqa şəhərlərdə yüzlərlə insanın qatıldığı etiraz nümayişlərini “qanunsuz” adlandırıb və deyib ki, etirazçılar “xaricdən verilən informasiyalarla çaşdırlmış adamlar” olub.

Qazaxıstanda seçkinin nəticələrinə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Toqaev nümayişlər zamanı “öz vəzifə borclarını layiqincə yerinə yetirmiş” polisə təşəkkürünü bildirib.

O deyib ki, polis gələcəkdə də belə hərəkət edəcək.

Toqaev bunu da bildirib ki, onun inaqurasiyası iyunun 12-ə təyin edilib, amma bunun üçün MSK yekun nəticələri həmin vaxtadək elan etməlidir.

Qazaxıstanda seçki günü yüzlərlə etirazçı saxlanıb
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Beynəlxalq müşahidəçilər Qazaxıstandakı seçkiyə nə dedi

Qazaxıstanda “fundamental hüquqların nəzərə alınmaması, dinc etirazçıların saxlanması, seçki günü genişmiqyaslı seçki pozuntuları demokratik standartlara sayqının məhdudluğunu göstərdi”. Bunu ATƏT-in müşahidəçiləri deyir. ​

“Seçkiyə ilk dəfə olaraq qadın daxil olmaqla yeddi namizədin qatılmasına baxmayaraq, seçki göstərdi ki, əsl demokratik möhkəmlənməyə, ciddi siyasi, sosial və hüquqi islahatlara ehtiyac var”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru və lideri George Tsereteli deyib.

George Tsereteli
George Tsereteli

***

Qazaxıstanda yenə saxlananlar var

Qazaxıstanda prezident seçkisinin rəsmi nəticələrinə etiraz edənlər var, Almatıda polis 30-dək nümayişçini saxlayıb.

İyunun 10-da Almatıdakı Köhnə Meydana onlarla etirazçı çıxıb, polis, Milli Qvardiya üzvləri isə ərazini və yaxınlıqdakı parkı mühasirəyə alıb.

Meydanın yaxınlığından avtomobildə keçənlər etirazçılara dəstək olaraq siqnal basıblar.

Etirazçılardan biri saxlanınca biləyini kəsib, əraziyə təcili yardım çağrılıb.

AzadlıqRadiosu-nun əməkdaşı polis zabitindən saxlamaların səbəbini soruşanda o deyib ki, saxlananların üstündə şəxsiyyət vəsiqələri yoxdur.

Polis müxalifət tərəfdarını saxlayır
Polis müxalifət tərəfdarını saxlayır

Paytaxt Nur-Sultanda onlarla adam polisin mühasirəyə aldığı mərkəzi meydana yığışmağa başlayıb.

Seçki günü Almatıda, Nur-Sultanda, cənubdakı Şimkent şəhərində yüzlərlə etirazçı saxlanmışdı.

***

Rəsmi: Toqaev səslərin 70,76 faizini yığıb

Qazaxıstanın aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev prezident seçkisini udub, bunu ilkin rəsmi nəticələrə əsasən demək olar.

Mərkəzi Seçki Komissiyası iyunun 10-da bildirib ki, Toqaev səslərin 70,76 faizini yığıb. Keçmiş jurnalist Amirzhan Kosanov isə 16,02 faiz səs toplayıb.

***

Ekzit pol Toqaev-in 70 faiz səs yığdığını göstərir

Ekzit poll Qazaxıstanın aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev-in iyunun 9-da keçirilmiş prezident seçkisini udduğunu göstərir, ilkin nəticələr bir neçə saata açıqlanmalıdır.

Seçki bitdikdən sonra açıqlanmış nəticələrə görə, Toqaev səslərin 70,13, keçmiş jurnalist, 2005-ci ildən bəri müxalifətdən ilk namizəd Amirzhan Kosanov isə 15,39 faizini yığıb. Ekzit polu Qoghamdyq Pikir İnstitutu keçirib.

Seçki günü ölkədə yüzlərlə dinc antihökumət etirazçısı saxlanıb.

***Buna da bax: Seçki günü Qazaxıstanda kütləvi həbslər olub

Daha artıq “birləşmiş müxalifət”, yaxud “daha təcrübəli siyasi partiya olsaydı, mən daha çox səs yığardım”, – Kosanov Toqaev-in qələbəsini etiraf edərək deyib.

Qazaxıstanda seçki
Qazaxıstanda seçki

Toqaev-in seçkidə altı tanınmayan rəqibi vardı, ancaq onlardan heç birinin yetərincə dəstəyi, resursu, Toqaev kimi arxasında dövlət dəstəyi yox idi.

Seçki günü ölkənin ən böyük şəhəri olan Almatıdakı Astana meydanında 100-dən artıq etirazçı saxlanıb. Paytaxt Nur-Sultanda isə 500-dək etirazçının saxlandığı bildirilir.

Seçki “idarə olunub”

Nur-Sultanda bir sıra xarici və yerli jurnalistlər, o cümlədən AzadlıqRadiosu-nun qazax xidmətinin müxbirləri saxlanıb, daha sonra buraxılıblar.

Daxili işlər naziri Marat Qozhaev Nur-Sultanda jurnalistlərə deyib ki, Almatıda 500-dək “radikal beyinli element” “icazəsiz etirazlar” keçirdiyinə görə saxlanıb. O daha öncə “qanun və asayişi təminatı”ndan ötrü saxlamaların aparıldığını demişdi.

Qasym-Zhomart Toqaev
Qasym-Zhomart Toqaev

Nur-Sultan və Almatıda internetə çıxış xeyli zəifləyib, bu da canlı yayımı, sosial media şəbəkələrinə çıxışı çətinləşdirib.

Nur-Sultanda etirazçılar azad və ədalətli seçki şüarları səsləndirib, qadağan olunmuş müxalifət təşkilatı – Qazaxıstanın Demokratik Seçiminə (DVK) dəstək əlaməti olaraq mavi şarlar qaldırıblar.

Bu hərəkatın lideri Mukhtar Ablyazov Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev və hökumətinin açıq tənqidçisidir, Fransada mühacirətdə yaşayır.

Müxalifətin başqa bir lideri, Londonda mühacirətdə yaşayan keçmiş baş nazir Akezhan Kazhegeldin “Current Time Asiya”ya müsahibəsində seçkinin “idarə olunduğunu” söyləyib.

Nazarbaev martda istefa verib, Toqaev prezidentin vəzifəsini icra etməyə başlayıb. Nazarbaev Təhlükəsizlik Şurası və hakim partiyaya sədrliyini saxlayır.

Toqaev seçkinin “açıq və şəffaf keçiriləcəyini” demişdi.

Tənqidçilər Nazarbaev-in narazıları susdurduğunu, təməl insan haqlarını təmin etmədiyini, hakimiyyətini uzatmaqdan ötrü demokratik proseslə manipulyasiya etdiyini deyir. 1991-ci ildə Qazaxıstan müstəqillik əldə edəndən heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən “azad və demokratik” qiymətini almayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG