Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:32

Azərbaycan hərbçisi həlak olub


Qarabağda təmas xətti 25 oktyabr, 2012

XİN: Məsuliyyət Ermənistan rəhbərliyi üzərindədir

İyunun 9-da Azərbaycanın hərbi qulluqçusunun həlak olması ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda yazılıb ki, xarici işlər nazirlərinin həmsədrlərin vasitəçiliyi ilə görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının törətdiyi növbəti əməl münaqişənin həlli üzrə aparılan danışıqları pozmağa, bölgədə gərginliyi artırmağa xidmət edir

«Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir», - bəyanatda qeyd olunur.

+++

İyunun 9-da Azərbaycanın hərbi qulluqçusu həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Nazirlik vurğulayır ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu həlak olub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitşik 7 rayonu işğal edilib.

Tərəflər arasında atəşkəs razılşması olsa da, cəbhədə tez-tez atəş səslərinin eşidildiyi bildirilir. Bəzən tərəflərə oradan qara xəbərlər də gəlir.Tərəflər bir qayda olaraq atəşkəsin pozulmasına görə, bir-birlərini ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl ötən ayın 30-da bir hərbi qulluqçusunun atəşkəs rejiminin pozulması nəticəsində həlak olduğunu açıqlamışdı.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu vasitəsi ilə aparılır.ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Multimedia

XS
SM
MD
LG